"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Gəncə şəhərində təşkil edilən maarifləndirmə işlərində Nizami və Kəpəz bələdiyyələri də yaxından iştirak ediblər

--2020-07-06 / 19:01

Gəncə ŞİH-in təşəbbüsü ilə xüsusi karantin rejiminin tələblərinin yerinə yetirilməsi üçün əhali arasında maarifləndirmə işlərinin aparılması məqsədiylə şəhər ərazisində maarifləndirmə işləri davam etdirilir, müxtəlif səpgili reydlər təşkil edilir. Bu barədə məluamtı Gəncə şəhəri Nizami bələdiyyəsi yayıb.

Reyddə Gəncə Şəhər İcra Hakimiyyəti Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri Ramil Orucov, Milli Məclisin deputatları Naqif Həmzəyev və Müşfiq Cəfərov, Gəncə Şəhər Baş Polis İdarəsinin əməkdaşları, şəhərin Kəpəz və Nizmai bələdiyyələrinin sədrləri Yaşar Abdullayev və Qoşqar Məmmədov və iştirak ediblər.

Reyd zamanı şəhərin Heydər Əliyev, Şah İsmayıl Xətai prospektlərində, Şeyxzamanlı qəsəbəsində fəaliyyət göstərən bank, supermarket, aptek, ödəniş məntəqələrinə və insanların toplandığı digər ictimai məkanlara baş çəkilib, ictimai nəqliyyat vasitələrinə baxış keçirib, sözügedən məkanlarda xüsusi karantin rejimi qaydalarına əməl olunmasının vəziyyətini araşdırıblar.

Gəncə şəhər Nizami bələdiyyəsidə öz sakinləri arasında maarifləndirmə işlərini davam etdirir.

Şəhər İcra Hakimiyyətinin təşəbbüsü ilə Şəhər İcra Hakimiyyəti başçısı Aparatının məsul əməkdaşları, Nizami bələdiyyəsinin sədri və hüquq-mühafizə orqanlarının nümayəndələrinin iştirakıyla xüsusi karantin rejiminin tələblərinin yerinə yetirilməsi üçün əhali arasında maarifləndirmə işlərinin aparılması məqsədilə şəhər ərazisində izahetmə-xəbərdarlıq işləri davam etdirilir.

Keçirilən reyddə əhalinin sıx olduğu məkanlarda, ticarət obyektlərində qoruyucu maskalardan istifadənin zəruriliyi və sosial məsafənin gözlənilməsi ilə bağlı maarifləndirici söhbətlər aparılıb.

Belediyye.info

ŞƏRHLƏR