"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Gəncə şəhəri Nizami bələdiyyəsinin sədri bir aylıq əməkhaqqının məbləğini Koronavirusla Mübarizəyə Dəstək Fonduna ianə edib.

--2020-03-25 / 12:15

Gəncə şəhəri Nizami bələdiyyəsinin sədri Qoşqar Məmmədov bir aylıq əməkhaqqının məbləğini Koronavirusla Mübarizəyə Dəstək Fonduna ianə edib.

Bununla bağlı məlumatı Belediyye.infoya özü verib.

Sədrin sözlərinə görə, bələdiyyə sədrinin üç müavini də bu nəcib təşəbbüsə qoşularaq bir aylıq əmək haqqlarının  fonda keçirməyi qərara alıblar.

Qeyd edək ki, Azərbaycan Prezidentinin 19 mart 2020-ci il tarixli “Azərbaycan Respublikasında əhalinin sağlamlığının qorunması və koronavirus infeksiyasına qarşı mübarizənin gücləndirilməsi ilə bağlı tədbirlər haqqında” Fərmanına əsasən, Koronavirusla Mübarizəyə Dəstək Fondu yaradılıb.

Xatırladaq ki, Azərbaycan Prezidenti İlham Əliyevin nəcib addımına ilk olaraq Sabunçu rayonu Bakıxanov bələdiyyəsinin sədri Ramiz Nəsibov, sonra bələdiyyə qulluqçularının iştirakıyla Xəzər rayonu Buzovna bələdiyyəsinin sədri Mətləb Əliyev,  Binə bələdiyyəsinin sədri Habil Həmidov və Gəncə şəhəri Kəpəz bələdiyyəsinin sədri Yaşar Abdulalyev da qoşulub.

Belediyye.info

ŞƏRHLƏR