"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Gəncə şəhəri Nizami Bələdiyyəsinin 2022-ci ildəki fəaliyyəti barədə Hesabatı

--2023-01-27 / 12:35

         Gəncə şəhəri Nizami Bələdiyyəsinin 2022-ci ildəki fəaliyyəti barədə

                                                 Hesabatı

Bələdiyyələrin statusu haqqında” Azərbaycan Respublikasının Qanununun tələbinə uyğun olaraq.Gəncə şəhəri Nizami Bələdiyyəsi 2022-ci ildəki fəaliyyəti barədə hesabatı ictimayyətə təqdim edir.

2022-ci ildə bələdiyyə 22 iclas keçirib.Daimi komissiyaların arayış və təklifləri ilə iclasların gündəliyinə 462 məsələ salınıb,məsələlərlə bağlı müvafiq qərarlar verilib.İclasda müzakirə olunan 41-i mülkiyyətə torpaq sahəsinin ayrılması ilə,217-si torpaq üzərində bələdiyyənin mülküyyət hüququnun qeydiyyata alınması proseduruna başlanılması ilə,36-sı torpaq sahəsinin müsabiqə yolu ilə satılması üçün Gəncə Torpaq müsabiqə və hərrac Komissiyası ilə müqavilə bağlanması ilə,64-ü vətəndaşlar tərəfindən ödənilməmiş vergi borcunun tutularaq bələdiyyə büdcəsinə ödənilməsi ilə,36-i maddi yardımla bağlı, 68-i bir sıra tədbirlərin keçirilməsinə maliyyə vəsaitin ayrılmasına,təmir-abadlıq,təşkilati və digər məsələlərlə bağlı.

 Vətəndaşların qəbulu və müraciətlər

Hesabat dövründə bələdiyyəyə 1350 ədəd ərizə və məktub daxil olub.Bunlardan 36-i maddi yardımla, 300-ü torpaqlarının mülkiyyətə verilməsi,350-i torpaq sahəsinin ayrılması,20-i qurumuş ağacların kəsilməsi və budanması,25-hərbi qulluqda olan övladlarını müvəqqəti məzuniyyətə gətirilməsi.250-i arayış və məlumatlar almaqla bağlı müraciət olunub.80 nəfər məzuniyyətə gəlmiş hərbi qulluqçunun ezamiyyə vərəqələri qeydiyyata alınmışdır.Onlardan zabit-7 nəfər,kursant-3nəfər,gizir-1-nəfər,çavuş-3-nəfər,MAXE-1nəfər və əsgər-65 nəfər olmuşdur.

Maddi yardımla müraciət edənlərdən 36 nəfərə pul yardımları edilib. Vətəndaşların istifadəsində olan torpaq sahəsinin mülkiyyətə verilməsi barədə bələdiyyə 41 nəfər üçün qərar verib.Onlardan biri şəhid ailəsi,biri qarabağ müharibəsi əlilidir.

250 nəfər müxtəlif dövlət orqanlarına arayış və məlumatla bağlı müraciət edilib və bu müraciətlər müsbət həll olunub.Digər müraciətlərə də “Vətəndaşların müraciətlərinə baxılması qaydası haqqında”Azərbaycan Respublikasının Qanununa müvafiq olaraq,vaxtında baxılıb,vətəndaşlara əsaslandırılmış cavablar verilib.

Hesabat dövründə ağackəsimi və budanmsı ilə bağlı 20 ərizə daxil olub.Müraciətlərin icrası ilə əlaqədar 10 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinə müraciət edilib.

2022-ci ildə bələdiyyəyə rəsmi orqanlardan 369 ədəd sənəd və məktub daxil olub.Məktublara qanun vericiliyin tələb etdiyi müddətdə cavablar verilib.Ədliyyə Nazirliyinin Gəncə Regional Ədliyyə İdarəsindən, Bələdiyyələrlə İş Mərkəzindən göndərilmiş tövsiyyə, təlimat, məlumat xarakterli sənədlər, qanun və qaydalardan çıxarışlar istifadə üçün komissiya və şöbələrə verilib.

Bələdiyyə büdcəsi:

01.01.2022-ci ilə bələdiyyə büdcəsinin qalığı 2045.97 manat olmuşdur.

a) Gəlirlər

2022-ci ildə bələdiyyənin gəlirləri 457.770.00 manat olub.

Gəlirlər aşağıdakı mənbələrdən formalaşıb.

-fiziki şəxslərdən torpaq vergisi 26.492.80 manat

-fiziki şəxslərdən əmlak vergisi 180.003.40 manat

-bələdiyyə ərazisində mehmanxana,sanatoriya-kurort və turizm xidmətləri göstərən şəxslərdən alınan ödəniş1.545.00 manat

-Bələdiyyə ərazisində müəyyən edilmiş yerlərdə bütün növ nəqliyyat vasitələrinin daimi və ya müvəqqəti dayanacaqlardan ödəniş15.007.50 manat

-bələdiyyə əmlakının satışından 161.923.40 manat

-bələdiyyənin digər fəaliyyətindən “Dəfn və mərasim xidmətləri” sahəsindən gəlir 72.797.90 manat

-dövlət büdcəsindən verilən dotasiya 65.000 manat

Hesabat dövründə fiziki şəxslərdən torpaq və əmlak vergisi əvvəlki illə müqayisədə 13622.34manat və ya 17% artmışdır.

01.01.2023-cü ilə bələdiyyə büdcəsinin qalığı 6587.87manat

b) Xərclər

Hesabat dövründə bələdiyyənin xərcləri 518228.10 manat olub.Xərclərin istiqamətləri aşağıdakı kimidir.

-Əmək haqqının ödənilməsi 252640.00 manat

-əmək haqqına üstəlik(DSMF,İşsizlik sığortası,icbari sığortalar) 96397.70 manat

-dəftərxana ləvazımatı,cari təsərrüfat məqsədləri üçün mal materialların alınması 2289 manat

-nəqliyyat vasitələrinin təmirinin ödənilməsinə294.88

-yanacaq xərcinin ödənilməsinə 6350

-rabitə xidmətləri haqqının ödənilməsinə1156

-ezamiyyə xərcləri 3700

-elektrik enerjisi haqqının ödənilməsinə 1583.80

-maddi yardımlara16757.60

-bank xidmətlərinə 16061.40

-mətbuata abunə 2484.80

-əsas vəsaitin alınmasına 9957.60

-tədbirlərin keçirilməsinə51544

-təmir işlərinə 11451.50

-sair xərclərə (Bələdiyyə Milli Assosiasiyasına üzvlük haqqı,reyestr idarəsinə,arxiv idarəsinə,ərazi tikinti-planlaşdırma mərkəzinə,maaş kartlarının alınmasına,aviabiletlərin alınmasına,torpaq sahəsinə baxışa,ekspert xərclərinə) 45559.80 vəsait xərclənib.

Görülmüş işlər

Bələdiyyə tabeliyindəki Novruz meydanında ,Hacı Zeynalabdin Tağıyev parkında, abadlıq və yenidənqurma işləri aparılmışdır. Bayan küçəsi 143A ünvanda yerləşən Gəncə Dövvlət Regional kollecin yataqxanasının yolları və ərazisində abadlıq işləri görülmüşdür.Bələdiyyə ərazisində yerləşən Şəhidlər xiyabanında təmir işləri aparılmışdır. Parklarda qazon örtüyünün yenilənməsi, suvarma sistemlərinin bərpası, sıradan çıxmış tamet, aqlay örtüklərinin və bardyurların dəyişdirilməsi həmçinin oturacaqların təmiri il ərzində də diqqətdə saxlanılmışdır

Heydər Əliyev parkında Nizami bələdiyyəsinin xidmət etdiyi yaşıllıq zonasında dekorativ ağaclar suvarılmış, onlara aqrotexniki qulluq göstərilmiş, alaq otları biçilmiş və yeni ağaclar əkilmişdir.

Gəncə şəhəri Nizami bələdiyyəsi nəznində“Səbzikar dəfn xidmətləri”MMC yaradılmışdır.

1-ci və 2-ci Qarabağ müharıbəsində Şəhid olmuş 68 hərbi qulluqçularımızın xatirəsinə Şəhidlər xiyabanında lövhəyə şəkilləri vurulmüşdur.

12-13 sentyabr 2022-ci ildə şəhid olmuş hərbiçilərın nəşinin rayonlara göndərilməsi üçün tabutlar hazırlanmışdır.

Maddi yardımlar

Hesabat dövründə vətəndaşlara maddi yardımların verilməsi bələdiyyənin əsas fəaliyyət istiqamətlərindən biri olub.Şəhid ailələri və Qarabağ müharibəsi əlillərinin müraciətlərinə xususi diqqətlə yanaşılıb.Yardımlar müxtəlif formada həyata keçirilib.Bələdiyyə yas və dəfn mərasimlərinə,qəbirüstü abidələrin düzəldilməsinə yardımçı olub. Şəhid İmamquliyev Asiman Mehman oğlunu qəbir üstü abidəsinin hazırlanması üçün ailələsinə 1500 manat vəsait verilmişdir, Şəhid anası Mahmudova Hicran Qəzənfər qızının qəbir üstü abidəsinin hazırlanması üçün ailələsinə 1500 manat vəsait verilmişdir ,qazi Vəliyev Müşviq Vəli oğlunun qəbir üstü abidəsini hazırlanması üçün ailələsinə 700 manat olmaqla vəsait verilmişdir. Şəhid Abdullayev Araz Hüseyn oğlunun atasının yas mərasiminin təşkili üçün bələdiyyə büdcəsindən 500 manat vəsait ayrılmışdır,Şəhidin arvadı Mehralıyeva Səadət Rəsul qızının müraciətinə əsasən şəhid bulağının tikintisi üçün 300 manat vəsait ayrılmışdır, “Qarabağ əlillərinə Qayğı” cəmiyyətinin müraciətinə əsasən 300 manat yardım üçün bələdiyyə büdcəsindən vəsait ayrılmışdır və ”Qalib əsgər hekayəti”kitabının nəşri üçün 300 manat bələdiyyə büdcəsindən vəsait ayrılmışdır.

Bundan əlavə ,şəhid ailələri,müharibə əlili və iştrakçılarına pul yardımlarıda edilib.Şəhid ailələri Mehralıyeva Səadət Rəsul qızı-100 manat,Məhərrəmova Almas İsmayıl qızı-300manat,Əhmədov Sahib Sahib oğlu-200manat,Əliyeva Aygün İsa qızı-100manat, Qarabağ müharibəsi veteranları Ramazanov Xəyal Ali oğlu-100 manat,Salahov Hüseyn Saleh oğlu-100 manat,Qurbanov Anar Xanlar oğlu-100 manat,İbrahimzadə Seymur Rafik oğlu-100 manat,Əmiraslanov Bahadur Suliddin oğlu-100 manat,Tağıyev Emil Vaqif oğlu-100 manat,Qədimov Zaur İmran oğlu -100 manat,Seyidəmirov Vüqar Müzadil oğlu-100 manat,Mirzəyev Habil Murad oğlu-100 manat,Qurbanov Vüsal Dostəli oğlu-100 manat,Xasiyev Tural Zəlimxan oğluna-100 manat,Qarabağ əlilinin anası Həsənova Zülfiyyə Məhərrəm qızına-300 manat, Qarabağ əlilinin atası Xasiyev Ələsgər Həsən oğluna-300 manat,Qurbanov Kamil İbrahim oğluna-100 manat,Əmirov Kamal Elman oğluna100 manat,Qurbanov Xaliq Azər oğluna-100 manat,Həmzəyev İbrahim Heydər oğlu100 manat,Məmmədov Süleyman Əli oğluna100 manat, Qarabağ əlili Babayev Sadiq Elçin oğluna-2550manat və başqa 12 imkansız ailəyə pul yardımları edilib.Bütün yardımlara ümumilikdə bələdiyyə büdcəsindən 16757.60 manat

Tədbirlər

Hesabat dövründə bələdiyyə tərəfindən müxtəlif tədbirlər həyata keçirilib.Dövlət və milli bayramlarda bələdiyyə üzvləri və qulluqçuları fəal iştrak ediblər.

Ədliyyə Nazirliyi Gəncə Regional Ədliyyə idarəsinin əməkdaşları tərəfindən seminar-müşavirələr keçirib.

Ümummilli lider Heydər Əliyevin döğum günü və anım günü keçirilib.

Gəncə şəhəri Nizami bələdiyyəsi keçən ildən “İqtisadi inkişafı dəstəkləyən bələdiyyə sədrləri”lahiyyəsinin üzvüdür.Layihə çərçivəsində elan olunmuş müsabiqədə bələdiyyəmiz də fəal iştrak edib.

İyunun 10-da bələdiyyə sədri Türkiyyənin İstanbul şəhərində keçirilmiş Türk dünyası Bələdiyyələr Birliyinin 6-cı Qurultayında və iyunun 11-12-də Bursa şəhərində keçirilmiş Beynalxalq Yerli Özünüidarəetmə Konfransında iştrak edən Azərbaycan Nümayəndə heyyətinin tərkibində olub.

Şəhidlərin ildönümü günləri , 20 yanvar şəhidlərimizin anım günü,Zəfər günü və anım günləri keçirilib. Son zamanlar cavanlar arsında intihar halları artmışdır bu məsələnin necə aradan qaldırılması və bu hallar nədən başverməsi haqda ADAU-da “İntihara yox deyək” mövzusunda şəhərin ictimayyəti ilə birlikdə böyük tədbir keçirilmişdi.

Bələdiyyə üzvləri və seçicilərlə“Demokratiya həftəsi” keçirilmişdir.

Gəncə 2-ci Yaylaq festivalında bələdiyyə üzvləri və qulluqçuları fəal iştrak etmişdir.

ŞƏRHLƏR