"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Gəncə şəhəri Nizami bələdiyyəsi növbəti layihəni həyata keçirib

--2019-09-12 / 18:32

Gəncə şəhəri Nizami bələdiyyəsi növbəti layihəni həyata keçirib. Bələdiyyədən daxil olan məlumatda bildirilir ki, layihə çərçivəsində Gəncə şəhəri Nizami bələdiyyəsinin sədri Qoşqar Məmmədov tərəfindən 2019-2020-ci dərs ilinin başlaması münasibəti ilə Nizami rayonunda yaşayan bir sıra az təminatlı alilələrin uşaqlarına çanta, iş dəftərləri, gündəlik, qələm, karandaş və digər məktəb ləvazimatları hədiyyə verilib.

Sədrin təşəbbüsü ilə bələdiyyə iclasında təsdiq edilən layihə hər il həyata keçirilir və sakinlər arasında müsbət qarşılanır.

Belediyye.info

ŞƏRHLƏR