"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Gəncə şəhəri Kəpəz bələdiyyəsinin sədri də bir aylıq əməkhaqqının məbləğini Koronavirusla Mübarizəyə Dəstək Fonduna ianə edib

--2020-03-25 / 10:22

Gəncə şəhəri Kəpəz bələdiyyəsinin sədri Yaşar Abdullayev bir aylıq əməkhaqqının məbləğini Koronavirusla Mübarizəyə Dəstək Fonduna ianə edib.

Bununla bağlı məlumatı Belediyye.infoya özü verib.

Sədrin sözlərinə görə, bələdiyyə sədrinin üç müavini də bu nəcib təşəbbüsə qoşularaq bir aylıq əmək haqqlarını  fonda keçirməyi qərara alıblar.

Qeyd edək ki, Azərbaycan Prezidentinin 19 mart 2020-ci il tarixli “Azərbaycan Respublikasında əhalinin sağlamlığının qorunması və koronavirus infeksiyasına qarşı mübarizənin gücləndirilməsi ilə bağlı tədbirlər haqqında” Fərmanına əsasən, Koronavirusla Mübarizəyə Dəstək Fondu yaradılıb.

Xatırladaq ki, Azərbaycan Prezidenti İlham Əliyevin nəcib addımına ilk olaraq Sabunçu rayonu Bakıxanov bələdiyyəsinin sədri Ramiz Nəsibov, sonra bələdiyyə qulluqçularının iştirakıyla Xəzər rayonu Buzovna bələdiyyəsinin sədri Mətləb Əliyev və Binə bələdiyyəsinin sədri Habil Həmidovda qoşulub.

Belediyye.info

ŞƏRHLƏR