"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Gəncə şəhəri Kəpəz Bələdiyyəsi Vətən Müharibəsinin qazilərini daim diqqət mərkəzində saxlayır

--2020-12-23 / 17:14

Kəpəz bələdiyyəsinin sədri Yaşar Abdullayev müavinləri və bir neçə bələdiyyə üzvləri ilə birlikdə Vətən müharibəsi iştirakçıları olan qazi Xanquliyev Elvin və Dadaşov Hüseynə baş çəkiblər.

Qeyd edək ki, Gəncə şəhəri Kəpəz Bələdiyyəsi Vətən Müharibəsinin qazilərini  daim  diqqət mərkəzində saxlayır, bələdiyyə sədri, sədr müavinləri  və əməkdaşları onları ziyarət edərək qayğıları, səhhəti, müalicələrinin gedişi ilə maraqlanırlar, qazi ailələrinə ərzaq və maddi yardımlar çatdırılır.
Bələdiyyədən daxil olan məlumata görə, keçirilən görüşlərdə dövlətimizin şəhid ailələrinə və vətən uğrunda sağlamlığını itirmiş şəxslərə göstərdiyi diqqət və qayğıya görə minnətdarlıqlarını ifadə edən qazilərimiz qələbəyə xalqımızın birliyinin və həmrəyliyinin sayəsində nail olduğumuzu diqqətə çatdırırlar. 

ŞƏRHLƏR