"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Gəncə şəhəri Kəpəz bələdiyyəsi “İmamzadə” qəbrstanlığında təmir bərpa işlərini davam etdirir

--2021-11-24 / 15:06

Gəncə şəhəri Kəpəz bələdiyyəsi “İmamzadə” kompleksində abadlıq işlərini davam etdirməkdədir. Kompleksdə ara yollar təmizlənmiş, səliqə-səhman yaradılmışdır. Bütün istiqamətlər üzrə olan yollar asfalt vurulması üçün hazır vəziyyətə gətirilmişdir.

Qeyd edək ki, Kəpəz bələdiyyəsi bələdiyyə iclasının qərarıyla “İmamzadə” kompleskində təmir abadlıq işlərinin aparılması barədə qərar qəbul edilib. Cari ilin sonunadək layihənin başa çatdırılması nəzərdə tutulur.

Belediyye.info

 

ŞƏRHLƏR