"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Gəncə şəhər Nizami rayon bələdiyyəsinin növbəti onlayn video-konfransı keçirilib

--2021-01-21 / 07:26

Gəncə şəhər Nizami rayon bələdiyyəsinin növbəti onlayn video-konfransı keçirilib.

 İclasda, gündəlikdə olan cari məsələlər ətrafında bələdiyyənin sədri Qoşqar Məmmədov çıxış edərək Nizami bələdiyyəsi tərəfindən 2020-ci ildə görülmüş işlər, maliyyə vəsaitlərinin və bələdiyyə mülkiyyətinin istifadəsi, o cümlədən bələdiyyə müraciət etmiş bir qrup Vətən müharibəsi iştirakçılarına, qazilərə və şəhid ailələrinə edilən birdəfəlik maddi yardımlar barəsində bələdiyyə üzvlərinə ətraflı məlumat verib.

Daha sonra Bələdiyyənin sədr müavini Əliyev Fikrət çıxış edərək bələdiyyəyə mürciət etmiş vətəndaşların istifadəsində olan torpaqların onların mülkiyyətinə verliməsi məsələsi haqqında danışıb.

Keçirilən onlayn iclasda 19 bələdiyyə üzvünündən 13 nəfər aktiv şəklidə iştirak edib.

 

ŞƏRHLƏR