"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Gəncə şəhər Nizami bələdiyyəsində Xocalı Soyqırımının 29-cu ildönümü ilə əlaqədar onlayn konfrans keçirilib

--2021-02-26 / 20:01

Bü gün Gəncə şəhər Nizami Bələdiyyəsi, bələdiyyə üzvləri ilə birlikdə Azərbaycan tarixinə qanla yazılmış Xocalı soyqırımının 29-cu ildönümü ilə əlaqədar onlayn konfrans keçirilib.
Konfransı giriş sözü ilə açan Gəncə şəhər Nizami Bələdiyyəsinin sədri Qoşqar Məmmədov 1992-ci il Fevralın 25-dən 26-na keçən gecə erməni hərbi birləşmələrinin Xocalıya hücumu, yüzlərlə dinc insanın, o cümlədən uşaqların, qadınların, qocaların amansız qətlyamının insanlıqla bir araya sığmayan bəşəri cinayət olduğunu diqqətə çatdırıb. Sədr xalqımıza qarşı törədilən bu soyqırımına 1993-cü ildə xalqın təkidli tələbi ilə Ümummilli lider Heydər Əliyevin yenidən hakimiyyətə qayıdışından sonra siyasi-hüquqi qiymət verildiyini bildirib. Daha sonra qeyd edib ki, hazırda Ulu Öndərin siyasi kursunun layiqli davamçısı Prezident, Ali Baş Komandan İlham Əliyev haqq səsimizin dünya ictimaiyyətinə çatdırılmasında, xalqımıza qarşı törədilən Xocalı soyqırımının beynəlxalq ictimaiyyətdə tanınması istiqamətində ciddi səy göstərir və artıq bu istiqamətdə xeyli nəticələrə nail olunub.
Tədbirdə Bələdiyyə üzvləri çıxış edərək soyqırımın başvermə səbəblərindən danışıb, Azərbaycan xalqı və ümumən insanlıq əleyhinə törədilmiş bu son dərəcə ağır hərbi cinayətin xalqımız tərəfindən heç zaman unudulmayacağını bildiriblər. 
Şəhidlərimizin əziz ruhu qarşısında baş əyirik! ALLAH bütün Şəhidlərimizə rəhmət eləsin!

Gəncə şəhər Nizami Bələdiyyəsi,

ŞƏRHLƏR