"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Gəncə Şəhər Nizami Bələdiyyəsində Üzvlərin iştirakıyla növbəti bələdiyyə iclası keçirilib

--2022-09-21 / 13:31

Bu gün Gəncə Şəhər Nizami Bələdiyyəsində Üzvlərin iştirakıyla növbəti bələdiyyə iclası keçirilib. İclasda Ermənistanın Azərbaycanla sərhəddə törətdiyi təxribat nəticəsində qəhrəmancasına Şəhid olmuş hərbi qulluqçularımızın xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Daha sonra gündəlik məsələlər müzakirə edilib.
Sədr Qoşqar Məmmədov çıxışı zamanı ilk olaraq təxribatlar zamanı şəhid olmuş hərbiçilərimizin məzar daşlarının düzəldilməsi və yaralı qazilərə maddi yardımların edilməsi məsələlərinə toxunub.
Məsələlər səsə qoyularaq yekdilliklə qəbul edilib.

Gəncə Şəhər Nizami Bələdiyyəsi

ŞƏRHLƏR