"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Gəncə QHT-ləri bəyanat verdi

--2020-10-05 / 15:27

 

   Gəncə şəhərinin mülki əhalisinin raketlərdən atəşə tutulmasına dair

                                                           BƏYANAT

Bu gün, 04 oktyabr 2020-ci il tarixində, saat 10:30-dan başlayaraq Ermənistanın hərbi-siyası rəhbərliyinin göstərişi ilə beynəlxalq hüququn norma və prinsiplərini, Cenevrə Konvensiyalarını, BMT-nin Təhlükəsizlik Şurasının qərar və qətnamələrini kobud şəkildə pozaraq, Azərbaycanın dinc əhalisini qəsdən hədəfə almaqla döyüş əməliyyatlarının aparıldığı bölgəyə aidiyyəti olmayan Azərbaycanın ikinci böyük şəhəri, Gəncə şəhərinin mülki əhalisinin sıx yaşadığı məntəqələri kasset tipli raket atəşinə tutulmuşdur.

Təcavüzkar Ermənistan ordusunun Gəncəni atəşə tutması nəticəsində 1 mülki şəxs həlak olmuş, 4 nəfər yaralanmışdır, xüsusilə uşaqlar müxtəlif dərəcəli bədən xəsarətləri alaraq xəstəxanalara yerləşdirilmiş, eyni zamanda yaşayış evlərinə külli miqdarda ziyan dəymişdir.

 

Gəncə şəhərinin Vətəndaş Cəmiyyəti Təsisatlatı, Ermənistanı beynəlxalq hüquq normaları və prinsiplərinə, o cümlədən beynəlxalq humanitar hüquq üzrə öhdəliklərinə tabe olmağa və BMT Təhlükəsizlik Şurasının Azərbaycanın işğal olunmuş ərazilərindən dərhal, tam və qeyd-şərtsiz çəkilməsinə dair tələbləri irəli sürən qətnamələrini yerinə yetirməyə çağırırıq.

 

Bununla bağlı Ermənistan tərəfindən Gəncə şəhərinin mülki sakinlərinin məqsədyönlü şəkildə öldürülməsinə və nəticədə regiondakı vəziyyətin daha da gərginləşməsinə görə bütün məsuliyyətin Ermənistan rəhbərliyinin üzərinə düşdüyünü Bəyan edirik.

 

  1. Gəncə Avroatlantik Məlumat Mərkəzi İB
  2. Bilik Maarifçilik İB
  3. Gəncə Aqrobiznes Assosiasiayası İB
  4. Təmas RİİB
  5. Gəncə Regional Məsləhət Mərkəzi İB
  6. Regional İnkişaf İB
  7. Gələcəyə Körpü Gənclər İB
  8. Korrupsiyaya Qarşı Mübarizə Fondu-Gəncə şöbəsi
  9. Gəncə Regional Qadın Mərkəzi
  10. Odlar Yurdu Gənclər İB
  11. Kimsəsiz Uşaqların Sosial Müdafiəsi İB
  12. Ekoloji Renessans İctimai Birliyi Əlil
  13. Gənc Vətənpərvərlər Birliyinin Gəncə filialı
  14. Qadınlar Cəmiyyətinin Gəncə şöbəsi
  15. İnam və Ümid Əlil Uşaqlara Dəstək İB
  16. Mənəvi Dayaq Uşaq və Gənclər İB
  17. Gənclər üçün Təhsil Mərkəzi Gəncə İdarəsi
ŞƏRHLƏR