"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Gəncə bələdiyyələri büdcə gəlirlərini il ərzində 52.9 faiz artıra biliblər

--2020-07-07 / 14:12

Gəncə şəhərində formalaşan 3 bələdiyyənin 2019-ci ildə əldə etdikləri maliyyə vəsaitinin həcmi 960.200 manat olub. Bu da 2018-ci illə müqayisədə 52.9 faiz artım deməkdir. 2018-ci ildə əldə edilən vəsaitin həcmi 627.900 manat olub. 

Əldə edilən vəsaitin isə 29.6 faizi yəni (283.800 manat) bələdiyyə əmlakının torpağınn icarəsindən daxil olub.

Bu məlumat Dövlət Statistika Komitəsinin illik hesabatında qeyd edilib.

Gəncə şəhərində formalaşan 3 bələdiyyə 280.800 manatlıq əmlak vergisi, 188.500 manatlıq torpaq vergisi, 6.300 manatlıq mədən vergisi, 3.900 manatlıq mehmanxana rüsumu, 9500 manatlıq dayanacaq rüsumu toplaya biliblər.

Təəssüf ki, il ərzində reklam vergisindən bələdiyyə büdcəsinə heç bir vəsait daxil olmayib.

Qeyd edək ki, il ərzində 104.700 manat dövlət tərəfindən dotasiya ayrılıb.

Büdcə gəlirləndə digər istiqamətlərdən 82.400 manat vəsait daxil olub.

Gəncə şəhər bələdiyyələri əldə etdikləri qazancın 72.5 faizini, yəni 669.200 manatını yerli özünidarə orqanlarının saxlanmasına, 23.8 faizini isə 219.400 manatı isə mənzil kommunal təsərrüfatı sahəsinin saxlanmasına xərcləyiblər.

Qeyd edək ki, Gəncə şəhərində üç - Kəpəz, Nizami və Hacıkənd bələdiyyələri formalaşdırılıb.

Belediyye.info

ŞƏRHLƏR