"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Gəncə bələdiyyələri büdcə gəlirlərini il ərzində 2.2 faiz artıra biliblər

--2019-07-17 / 14:47

Gəncə şəhərində formalaşan 3 bələdiyyənin 2018-ci ildə əldə etdikləri maliyyə vəsaitinin həcmi 627.900 manat olub. Bu da 2017-ci illə müqayisədə büdcə gəlirlərində 2.2 faiz artım deməkdir.

Əldə edilən vəsaitin isə 34.5 faizi yəni (285.400 manat) bələdiyyə əmlakının  torpağınn icarəsindən daxil olub.

Bu məlumat Dövlət Statistika Komitəsinin illik hesabatında qeyd edilib.

Gəncə şəhərində formalaşan 3 bələdiyyə 211.700 manatlıq əmlak vergisi, 71.300 manatlıq torpaq vergisi, 8.000 manatlıq mədən vergisi, 4.900 manatlıq mehmanxana rüsumu, 10.100 manatlıq dayanacaq rüsumu toplaya biliblər.

Təəssüf ki, il ərzində reklam vergisindən bələdiyyə büdcəsinə heç bir vəsait daxil olmayib.

Qeyd edək ki, il ərzində 104.800 manat dövlət tərəfindən dotasiya ayrılıb.

Gəncə şəhər bələdiyyələri əldə etdikləri qazancın 72.4 faizini, yəni 467.600 manatını yerli özünidarə orqanlarının saxlanmasına, 23.6 faizini isə 152.700 manatı isə mənzil kommunal təsərrüfatı sahəsinin saxlanmasına xərcləyiblər.

Belediyye.info

ŞƏRHLƏR