"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

“Gəlin Həmrəy Olaq”: Binəqədi RİH-dən maraqlı layihə

--2017-05-11 / 09:33

Ümummilli lider Heydər Əliyevin anadan olmasının 94-cü ildönümü münasibəti ilə paytaxtın Binəqədi rayonunda ümumrayon iməciliyi, ağacəkmə və güləkmə  aksiyaları  keçirilib.

 Rayonun bütün park, bağ və xiyabanlarında İcra Hakimiyyəti Aparatı, YAP Binəqədi rayon təşkilatı, eləcə də bütün idarə, müəssisə və təşkilatların kollektivləri, bələdiyyələr və ictimaiyyət nümayəndələrinin iştirakı ilə  iməciliklər, ağacəkmə və güləkmə aksiyaları  təşkil olunubdur.

 Aksiyalar zamanı rayon ərazisində abadlıq və yaşıllaşdırma işləri aparılıb,  ərazilərə 1600m2 çəmən,  3000 çiçək, onlardan 100 alyandra,   200  zeytun, 200  eldar şamı, 200 sərv, 200  çinar, 200  şam ağacları əkilib.

 Eyni zamanda Azadlıq prospekti boyunca təşkil edilən bayram əhval-ruhiyəli  ümumrayon iməcliyində  yol boyunca divarlara  rəssam tərəfindən maraqlı küçə incəsənəti (“Street Art”) işlənilib. Məktəblilərin də qatıldığı aksiyada maraqlı anlar yaşanıb.

Ümumrayon iməciliyində çıxış edənlər Binəqədi rayon İcra Hakimiyyəti  başçısının müavini  Aygün Əliyeva, YAP Binəqədi rayon təşkilatnın sədri Ramiz Göyüşov qeyd ediblər ki, ümummilli lider Heydər Əliyevin anadan olmasının 94-cü ildönümü münasibəti ilə təşkil olunan ümumrayon iməcliyində əsas məqsəd ulu öndərin hər zaman xüsusi önəm verdiyi yaşıllıqların daha da genişləndirmək, ekoloji tarazlığını bərpa etmək, insanlar arasında ekoloji mədəniyyəti və təbiətə qayğı hissini təbliğ etməkdir.

Ümumrayon iməcliyinin ikinci hissəsi 6-cı mikrorayon, məscid yolu ətrafında məktəbəqədər təhsil müəssisələrinin hazırladıqları konsert proqramı ilə davam etmişdir. 

Konsert proqramında balacalar şeir söyləyib, mahnı oxuyub və rəqs ediblər.   

Bütün dünyanı sülhə, əmin-amanlığa səsləyən balaca fidanlar “Gəlin Həmrəy Olaq”! devizi ilə tədbirə yekun vurublar.

 Belediyye.info

 

 

 

 

 

 

 

ŞƏRHLƏR