"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Gəgəli kəndində Zəfər Muzeyi açılacaq!

--2021-08-04 / 11:15
Ağsu rayonu Gəgəli bələdiyyəsinin sədri, tarix üzrə fəlsəfə doktoru Fariz Xəlilli özünə məxsus olan Tərəkəmə festivalı üçün inşa etdiriyi bina kompleksi və onun həyətini Zəfər parkı və Zəfər muzeyi üçün bələdiyyəyə hədiyyə etmişdir.
Gəgəli bələdiyyəsi həmin binanı və həyətinin muzey kimi hazırlanması və istifadə edilməsi üçün bələdiyyə şirkəti olan Zəfər parkı MMC-yə həvalə edib.
Bina 3 hissədən ibarətdir: şimal otaqları kurslar üçün, mərkəzi zal muzeyin ekspozisiyası üçün, cənub otaqları isə kitabxana üçün nəzərdə tutulur. Hazırda muzey və parkın təmir işləri ilə əlaqədar müzakirələr aparılır və məktublar göndərilir. İnanırırq ki, muzey və park Zəfər gününə açılış üçün hazır olacaqdır.
 
Ağsu rayonu Gəgəli bələdiyyəsi 
 
 
ŞƏRHLƏR