"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Gədəbəy bələdiyyəsinin 2021-ci ildə gördüyü işlərə dair Hesabatı

--2022-01-11 / 04:41

Bələdiyyələr qarşısında duran əsas vəzifələr əhali arasında nüfuzunu daha da artırmaqla yanaşı onları narahat edən problemləri həll etmək,sosial iqtisadi inkişafda fəal iştirak etməkdən ibarətdir.

Bələdiyyənin 2021-ci ilin hesabat dövründə büdcə gəliri 44838,00 manat olmuşdur.
torpaq vergisi 7732,00 manat
əmlak vergisi. 17997,00 manat
mehmanxana vergisi 420,00 manat
əmlakın özəlləşdirilməsindən 15258,00 manat
icarədən. 3323,00 manat
dotasiya. 4000,00 manat
səyyar ticarət xidmətindən. 140,00 manat
digər gəlirlər. 1332,00 manat olmuşdur
Yerli özünüidarəetmə orqanının saxlanılmasına. 17415,00 manat
DSMF. 26055,00 manat
təmir-tikinti işlərinə. 895,00 manat
Silahlı qüvvələr fonduna 60,00 manat
kadast xərcləri 1391,00 manat
şəhid ailələrinə və qazilərə. 1780,00 manat yardım
abunə haqqı. 312,00 manat
kommunal xidmətlərə/işıq, qaz/ 165,00 manat
onlayn xidmətinə. 1164,00 manat
poçt xidmətinə/əmək haqqı kartlarına/ 180,00 manat
audit xidmətinə/2019-20-21ci illər üçün/ 1000,00 manat vəsait xərclənib


Bildirmək istəyirik ki vergi ödəyiciləri əmlak və torpaq vergilərini zəif ödəyirlə onlarla bu mövzuda təbliğat işləri daimi aparılır. Bir qrup sahibkarlar barədə vergi ödəmədiklərinə görə tədbir görulməsi üçün İcra və Probasiya şöbəsinə verilmişdir.
Pandemiya dövründə şəhərdaxili küçələr tərəfimizdən bir neçə dəfə dezinfeksiya olunmuşdur.

Şəhərdəki bulaq kompleksi tərəfimizdən təmir olunmuşdur Bu dövrdə H.Əliyev adına parkın işıqlandırma sistemi və döşəmənin bir hissəsi yenidən təmir edilib,üzlük aqlay döşənmişdir.

Yeddi nəfər qaziyə və iki nəfər müharibə veteranına birdəfəlik yardım edilmişdir.
Bələdiyyənin ərazisində olan Xocalı, C.Ağayev, İ.Mirzəyev və Koroğlu küçələri tərəfimizdən çınqıl döşənmiş və hamarlanmışdır.

16 ailəyətərəfimizdən 1560 manat məbləğində yardım edilmişdir.
DSMF-yə əvvəlki illərdən yaranmış 22.000 manat borc hesabat dövründə tamamilə ödənilmişdir.


Hesabat dövründə 168 müraciət daxil olub,onlardan 25 nəfəri torpaq almaq üçün müraciət etmişdir.68 nəfər vətəndaş qəbulda olmuşdur.
Hesabat dövründə 24 iclas keçirilmişdir 52 qərar qəbul edilmişdir

 Zülfiqar Yusibov

Gədəbəy bələdiyyəsinin sədri 

ŞƏRHLƏR