"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Gədəbəy bələdiyyəsindən xəbər var

--2020-04-10 / 17:00

Gədəbəy bələdiyyəsi Nazirlər Kabinetinin “Azərbaycanda yeni koronavirus xəstəliyinin yayılmasının qarşısının alınmasına dair fəaliyyət planı”nın icrasını təmin etmək məqsədi ilə Şəmkir  RİH-in təşəbübüsü və dəstəyi  ilə yaşayış məntəqəsinin küçə və meydanlarında koronavirus (COVID -19) infeksiyasına qarşı dezinfeksiya işlərini davam etdirir.

Bu barədə məlumat Gədəbəy bələdiyyəsindən daxil olub.

Yoluxma hallarının qarşısının alınması, bu sahədə aparılan profilaktik tədbirlərin effektivliyinin yüksəldilməsi ilə yaşayış məntəqəsinin mərkəzi küçə və meydanlarında, ictimai iaşə obyektlərinin və yanacaq doldurma məntəqəsinin qarşısında, dezinfeksiya işləri aparılmışdır.

Gəbəy bələdiyyəsi həmçinin aztəminatlı və 65 yaşdan yuxarı insanların bir qisminə bələdiyyə tərəfindən hazırlanan ərzaq bağlamaları təqdim edilib.

Təqdim ediklərkən, onların hər birinə görüşdə bir daha dövlət tərəfindən atılan addımlar izah edilmiş və qeyd edilmişdir ki, evdə qalaraq təkcə öz həyatımızı təhlükədən uzaqlaşdırmış olmuruq, həm də sevdiklərimizi qorumuş oluruq. Sadəcə gündəlik etməli olduğumuz məsələlərə daha diqqətli yanaşaq və məcbur qalmadıqca evdən çıxmayaq.

ŞƏRHLƏR