"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Gədəbəy bələdiyyəsi iməcilik keçirib

--2022-10-31 / 10:10

Gədəbəy RİH -nin təşkilatçılığı və Gədəbəy bələdiyyəsinin köməkliyi ilə şəhərin Şır-şır adlanan ərazisində təmizlik və abadlıq işləri aparılmışdır. Bu barədə məlumatı Gədəbəy bələdiyyəsi yayıb. Bələdiyyə qulluqçularının və könüllülərinin iştirakıyla keçirilən iməcilikdə ətraf ərazi zibil tullantılarından təmizlənmişdir. Bələdiyyənin qərarıyla yaxın gələcəkdə həmin ərazidə əhalinin mədəni istirahəti üçün şərait yaradılması nəzərdə tutulmuşdur.

Belediyye.info

ŞƏRHLƏR