"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Gədəbəy bələdiyyəsi ağacəkmə aksiyası təşkil edib

--2022-05-10 / 14:50

 “Ulu öndər Heydər Əliyevin anadan olmasının 99-cu il dönümü münasibətilə H.Əliyev adına parkda ağacəkmə kampaniyası keçirilir və təmir işləri davam etdirilir”- bu barədə məlumat Gədəbəy bələdiyyəsindən daxil olub. Məlumatda bildirlir ki aksiyanın əsas məqsədi ölkəmizdə ekologiyanın qorunması və ətraf mühitin sağlamlaşdırılmasına hər zaman böyük önəm vermiş Ulu Öndər Heydər Əliyevin əziz xatirəsini yad etmək, onun, yaşıllaşdırma ənənələri irsini davam etdirmək, insanlar arasında ekoloji mədəniyyəti, təbiətə olan qayğı hissini təbliğ etməkdən ibarətdir.

Aksiya çərçivəsində bələdiyyə qulluqçularının iştirakıyla parkda oturacaqlar təmir edilmiş və ərazidə səliqə-səhman yaradılmışdır.

ŞƏRHLƏR