"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Ermənilərin təxribatlarına qarşı milli birliyimiz, həmrəyliyimiz düşmənə ikinci ağır zərbədir

--2020-07-23 / 16:25

Ermənistan silahlı qüvvələrinin işğal etdiyi Dağlıq Qarabağ bölgəsi və ətraf 7 rayondan kənarda, tamamilə fərqli ərazidə təxribat törətməsi və bu təxribatın müzəffər ordumuz tərəfindən layiqli cavabının verilməsi xalqımızda bir daha ruh yüksəkliyi yaratdı.

Bu fikri Yeni Azərbaycan Partiyasının Gənclər birliyinin üzvü Hüseyn Qurbanov açıqlamasında deyib.
düşmənin Azərbaycan-Ermənistan sərhədində yerləşən Tovuz rayonu istiqamətində törətdiyi təxribatlara münasibət bildirərək deyib: “Ermənistanın silahlı qüvvələri tərəfindən Tovuz rayonunda təxribat törədilib. Düşmənin artilleriya atəşi nəticəsində hərbçilərimiz və mülki vətəndaşımız həlak olub. Ordumuz tərəfindən düşmənə layiqli cavab verilib. İyulun 12-dən başlayaraq davam edən hərbi əməliyyatlarda Ermənistan böyük itki verməsinə baxmayaraq, öz xain və mənfur əməllərindən əl çəkmir və işğal altında olan rayonlarda yerləşən mövqelərimizdə də atəşkəs rejimini pozaraq sabitliyin təmin edilməsinə əngəl törədir.
Sərhəd bölgəsində baş verən bu təxribatdan sonra ölkədə müşahidə edilən Ali Baş Komandan-xalq, xalq-ordu birliyi, milli ruh yüksəkliyi cəbhədə qazanılan uğurla birlikdə bizim üçün böyük qürur oldu. Hazırda bütün dünyanın koronavirusla mübarizə apardığı bir vaxtda xalqımız düşmənlə mübarizdə ön cəbhədə olmağa hazır olduğunu bildirir. Xalqımızın küçələrdə yürüş edərək birlik göstərməsi, Ali Baş Komandanın çağırışına daim hazır olduqlarını bildirməsi ön cəbhədə vuruşan əsgərlərimiz üçün böyük ruh yüksəkliyidir”.
H. Qurbanov bildirib ki, ruh yüksəkliyi təkcə cəbhə xəttində yox, paytaxt Bakı və digər ərazilərdə də özünü göstərir. Azərbaycan Prezidentinin çağırışından sonra minlərlə vətəndaşımız yaşı və cinsindən asılı olmayaraq, könüllü olaraq ordu sıralarına yazılırlar. Bu, bir daha vətəndaşların ölkə rəhbərinə inamının, dəstəyinin və düşmənə qarşı mübarizədə böyük birliyin olmasını nümayiş etdirir. Ermənilərin sərhədlərimizdə təxribat törətməyə çalışdığı bir vaxtda milli birliyin nümayiş etdirilməsi, vətəndaşlarımızın həmrəyliyi düşmənə ikinci ağır zərbədir.
Yap-rəsminin sözlərinə görə, bu gün ölkədə nümayiş olunan həmrəylik prosesində siyasi partiyalar da iştirak edir. Müstəqillik tarixində yaşanılan nadir hallardan biri kimi müxtəlif baxışlara və görüşlərə malik siyasi partiyaların vahid mövqedən çıxış etməsi qürurvericidir. Sözügedən siyasi partiyalar vahid fikir və ideya ətrafında birlik göstərərək ölkə rəhbərinin siyasətini dəstəklədiyini və yanında olduqlarını bəyan edirlər.
“Həmrəylik, sözün əsl mənasında, siyasi mədəniyyətin təqdirəlayiq nümunəsidir. Siyasi mədəniyyət anlayışının daxilində bir məsələ də var ki, artıq siyasi partiyaların sıx birləşməsi ilə vahid bir fikir ətrafında birliyin olması nümayiş etdirilir. Bu nöqtədə isə bir qənaətə gələ bilərik, Dağlıq Qarabağ münaqişəsində mövqeyimiz müxtəlif siyasi baxışlarda yox, milli birlikdədir”, - deyə Hüseyn Qurbanov fikirlərini yekunlaşdırıb

Hüseyn Qurbanov

Səbail Rayon Bələdiyyəsinin

Ərazinin Uçotu və Nəzarəti Şöbəsinin Müdir müavini 

ŞƏRHLƏR