"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Erməni terrorizminə yox deyək

--2020-10-14 / 13:12

Erməni vəhşiliyini sübut edən daha bir fakt Oktyabrın 11-də gecə saat iki radələrində Gəncə şəhərinin mərkəzi hissəsində yerləşən çoxmənzilli yaşayış binalarını  “Skad” raketindən istifadə edərək atəşə tutmasıdır.

Gəncədə baş verən bu hadisə bir daha onu subut edir ki, Ermənistan dövlət səviyyəsində terroru himayə edən bir dövlətdir. Gəncə hərbi əməliyyatların getdiyi yerdən çox uzaqda yerləşsə də, bu şəhərin raket zərbələrinə məruz qalması beynəlxalq hüququn kobud şəkildə pozulmasıdır

Sentyabrın 27-dən başlayan müharibədə ağır məğlubiyyətə uğrayan Ermənistan ordusu və onun rəhbəri Nikol Paşinyanın ağ bayraq qaldırması, onun dünya liderlərinə yalvarmasının nəticəsi olaraq Azərbaycanla Ermənistan arasında humanitar məqsədli müddətli atəşkəs rejiminin bərqərar olmasından sonra bele terror aktını gercəkləşdirdi.

Birmənalı şəkildə deməliyəm ki, Ermənistanın Gəncəni raket atəşinə tutması açıq-aşkar təxribatdır və dinc əhaliye qarşı törədilmiş bir terrorizimdir.

Bele bir hərəkəti ilə Ermənistan bir daha subut edir ki, onlar müharibəni uduzur. Azərbaycan ordusu irəliləyərək onların müdafiəsini yarır. Yəni Qarabağın işğaldan azad edilməsi anı günbəgün yaxınlaşır.

Atılan raket zərbələri nəticəsində Azərbaycan Respublikasının ikinci böyük şəhəri olan Gəncənin mərkəzi hissəsində yerləşən çox mənzilli yaşayış binaları dağıdılıb. Raket atəşi nəticəsində 10 nəfər həlak olub, 35 nəfər yaralanıb, həmçinin 10-dan artıq çoxmənzilli binaya və 100-dən çox müxtəlif təyinatlı obyektlərə ziyan dəyib

 Qürurverci hal isə odur ki, bu terror nəinki ziyan çəkənləri, bütövlükdə Gəncə şəhərinin əhalisini ruhdan salmayıb. Əhali bir nəfər kimi Ali Baş Komandan cənab İlham Əliyevin və şərəfli qələbə tarixi yazan ordumuzun yanındadır. Tezliklə Azərbaycan bayrağı Qarabağın bütün bölgələrində dalğalanacaq, Vətən müharibəsi tam qələbə ilə başa çatacaq.

“QARABAĞ BİZİMDİR”

“QARABAĞ AZƏRBAYCANDIR!”

Qoşqar Məmmədov

Gəncə şəhəri Nizami bələdiyyəsinin sədri 

 

ŞƏRHLƏR