"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

“ƏN YAXŞISI BİZDƏ OLMALIDIR”

--2019-10-01 / 17:49

 Bu günlərdə ölkə başçısı İlham Əliyevin “Koroğlu” nəqliyat-mübadilə mərkəzinin açılışında diqqəti çəkən bir fikir söyləməsi sözün həqiqi mənasında qürurverici məqam idi: “Biz nəqliyyatla bağlı beynəlxalq təcrübədə bir çox şəhərləri üstələyirik, ƏN YAXŞISI BİZDƏ OLMALIDIR.”

Bəli, bu gün açılışı olan “Atatürk” parkında olmağı özümə borc bildim. Parkda saysız-hesabsız insanların gülərüz şəkildə gəzməsi, uşaqların isə atraksionlarda əylənməsi ürəkaçan bir mənzərə idi.

Parkı ayaqdan başa gəzdim. Burada bütün suallara cavab verilib, hər şey sadə, lakin zövqlə quraşdırlıb. Əlavə çoxsaylı ağaclar və gül kolları əkilib. Hər tərəf çanlı yaşıl ot örtüyü ilə “üzlənib”.

Göyərçinlər üçün yemləmə qəfəsinin ağacda quraşdırlıması isə deyərdim unikal şəkildə həyata keçirilib.

Parkda xüsusi örtüklə ayrıca velosiped yolu da salınıb və yol işarələnməklə fərqləndirilib. Ərazidəki ictimai iaşə obyektlərinə də ciddi şəkildə “əl gəzdirilib”.

Parkda hər yaş kateqoriyası nəzərə alınıb. Yerüstü şahmat quraşdırlıb, saysız-hesabsız idman qurğuları, uşaq atraksionları sakinlərin istifadəsinə verilib.

Bədii tədbirlərin keçirilməsi üçün zövqlə meydança quraşdırlıb. Yerə düzülən daşların xüsusi layihə ilə döşənməsi diqqəti çəkir.

Üstəlik, nəqliyyatın gedişində də ciddi dəyişkilk edilib. Ziya Büynadov küçəsi ilə gələn maşınlar körpünün altıyla getdiyi halda, “Atatürk” prospektinə dönüb xeyli məsafə qət edirdisə, artıq yol birbaşa işıqforla nizamlanaraq sürücülərin vaxtı itkisinin qarşısı alınıb.

Sözsüz ki, ürəklə demək olar ki, Bakı park və xiyabanların sayı və həcminə görə dünyanın aparıcı ölkələriylə rəqabət apara bilər. Ölkə başçısının bir gün əvvəl dediyi sözlər bu gün bir daha öz təsdiqini tapdı: layihələrin ƏN YAXŞISI BİZDƏ OLMALIDIR.”

Sonda fikrimi bir cümlə ilə belə ifadə edərdim: BU GÖZƏLLİYİ YARADANLARA EŞQ OLSUN.

https://www.youtube.com/watch?v=KbmeuEXmMDo

Vüqar Tofiqli

ŞƏRHLƏR