"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Elxan Süleymanov üçün 22 iyun tarixi

--2019-06-21 / 20:45

1941- ci ilin bu günü dünyanı lərzəyə salan ağır bir müharibənin başlandığı gündür. Bildiyimiz kimi, faşist Almaniyası bizim də tərkibində olduğumuz keçmiş SSRİ məkanına məhz bu gündə hücuma keçib. Dörd il ərzində davam edən qanlı-qadalı günlərdə 700 min nəfər həmyerlimizi itirdik. Müharibədə qazanılan qələbədə isə Bakı neftinin öz yeri var idi. Mətləbdən uzaqlaşmayım.

Müharibə xəbəri Azərbaycana və ucqar rayonlara isə hələ çatmamışdı. Hər ailə özünəməxsus qayğılı günlərini yaşayırdı. 22 iyun Süleymanovlar ailəsi üçün ən yaddaqalan günlərdən biri kimi, həm müharibənin başlandığı gün, həmdə ailədə oğlan uşağının dünyaya gəlişiylə yadda qalası oldu...

Beləliklə, ağsaqqalım, AVCİYA rəhbəri, iki çağırış Milli Məclisin üzvü Elxan Süleymanovun bu gün doğum günüdür.

22 iyun tarixində dünyaya gələn Elxan Süleymanov müharibənin ağrı-acısını yaşasada, bərkidi, daha da mətnləşdi, xalqına, dövlətinə lazımlı bir vətəndaş kimi böyüdü, xidmət göstərdi və övladlarını da bu istiqamətdə böyütdü.

Haqqında bir sıra yazı və hətta AVCİYA-dakı fəaliyyətiylə bağlı kitab yazsamda, deyərdim ki, az yazmışam...

Belə bir gündə ağsaqqalıma yalnız can sağlığı arzu edir və inanıram ki, Elxan Süleymanov ekstravaqant və yaddaqalan layihələriylə hər birimizi bundan sonrakı fəaliyyətilə də təəccübləndirəcəkdir.

Vüqar Tofiqli

ŞƏRHLƏR