"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Elman Allahyarov: İlk olaraq bələdiyyə torpaqlarının icarəyə verilməsi prosedurunun sadələşdirilməsini təklif edirik"

--2021-11-18 / 09:54

Müsahibimiz Xaçmaz rayonu Xudat şəhər bələdiyyəsinin sədri Elman Allahyarovdur. Onunla bizi maraqlandıran bəzi suallar ətrafında söhbətləşdik.

-2021-ci ildəki fəaliyyətiniz Sizi bələdiyyə sədri olaraq qane etdimi?

- Bəli, qane edir. Xudat bələdiyyəsinin həyata keçirdiyi layihələri və gördüyümüz digər işlər bunu deməyə bizə əsas verir.

-Cari ildə həyata keçirdiyiniz layihələr barəsində nə demək olar?

- Cari ildə bələdiyyənin vəsaiti ilə 2 artezian su quyusu vurulub. Artezian su quyusundan çıxan su əhalinin istifadəsi üçün küçələrə çəkilib.Bu içməli sudan 500 ailə istifadə edir.

-şəhid və qazi ailələrinə yardım edilib,

-şəhid ailələri yaşayan küçələrə bələdiyyə tərəfindən təmir edilib,

-şəhid ailəsinin evinə içməli su çəkilib,

-şəhər daxili kuçələrə çinqil daş tökülərək hamarlanıb.

- Maliyyə gəlirləriniz əsasən hansı istiqamətlərdən daxil olub?

- 2021-ci ilin 10 ayı ərzində bələdiyyənin gəlirləri 98.244 manat olmuşdur. 27.234-əmlak vergisi, 20.410-torpaq vergisi, 9.545-torpaqlarin icarəsindən, 4.163-sudan, 36890-torpaq satışından olmuşdur. Onu da əlavə edim Xudat bələdiyyəsinin nə DSMF-yə nədə ki digər orqanlara hər hansı bir borcu yoxdur.

- Bu gün bələdiyyə qulluqçuların sayı və bələdiyyədə ortaylıq əməkhaqqını həcmi nə qədərdir?

Hazırda bələdiyyədə 9 nəfər bələdiyyə qulluqçusu çalışır. Onların ortaaylıq əmək haqqı 300 manat təşkil edir.

- İlk olaraq bələdiyyənin qarşılaşdığı hansı problemin həllini istərdiniz?

- Bələdiyyə torpaqlarının təsdiq olunmuş elektron xəritələrini, bələdiyyə torpaqlarının icarəyə verilməsi prosedurunun sadələşdirilməsini ilk olaraq təklif edirik. Bununla bağlı dəfələrlə Əmlak Məsələləri Dövlət Xidmətinə və Ədliyyə Nazirliyinin Regional İdaresinə sorğu verilmişdir.

-Sonuncu bələdiyyə iclasında hansı məsələləri müzakirə etmisiniz?

- 12.11.2021-ci il tarixli iclasda gənclərin asudə vaxtinin səmərəli keçirilməsi məqsədilə Xudat şəhəri 4-cü şöbə yaşayış massivindəki futbol meydançasinin təmiri və o cümlədən şəhid ailəsinin mənzilinə gedən yolun təmiri məsələsi müzakirə edilib.

- Fəaliyyətinizdə şəffaflıq prinsipləri necə təmin edilir?

-İclasın qərarları daimi bələdiyyənin özünə məxsus inzibati binasındakı məlumat lövhəsində asılır. Bələdiyyənin 6 ayliq və illik hesabatlari yerli Xacmaz qəzetində çap edilir. Əhalinin kütləvi yiğişdiği parklarda,bazar və vağzalda bələdiyyənin poçt qutusu yerləşdirilib.

Belediyye.info

ŞƏRHLƏR