"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Ələt qəsəbəsində “Şəhidlər xiyabanı” salınır

--2021-09-09 / 13:34

Ələt qəsəbəsində Qaradağ RİH-in təşəbbüsü və dəstəyi, Ələt bələdiyyəsinin təşkilatçılığı ilə qəsəbə ərazisində “Şəhidlər xiyabanı” salınır.

Təsdiq edilmiş layihəyə əsasən qəsəbənin mərkəzi hissəsinə yaxın 540 kvadrat-metrlik ərazidə bulağın və “Bayraq meydanı”nın inşası artıq həyata keçirilib. Bununla yanaşı xiyabanda ərazi bütovlüyümüz uğrunda şəhid olan 27 nəfər Ələt sakininin barelyefi vurulan milli ornamentlərlə əhatə olunan postament də olacaq.

Ərazi də çoxsaylı “Eldar şamı” və gül kolları əkiləcək. Xiyabanda həmçinin suvarma sistemi də qurulacaq, səkilər tamet daşla döşənəcəkdir.

Bələdiyyədən daxil olan məlumata görə, Şəhidlər xiyabanı az müddət ərzində sakinlərin istifadəsinə veriləcəkdir.

Belediyye.info

 

ŞƏRHLƏR