"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Ələt bələdiyyəsi mağar dəstini sakinlərin istifadəsinə verib

--2018-11-08 / 11:36

Qaradağ rayonu Ələt bələdiyyəsinin sədri Azad Musayevin Belediyye.infoya verdiyi məlumata görə, cari ildə bələdiyyə iclasında mağar dəstinin hazırlanmasıyla bağlı sədr tərəfindən irəli sürülən təklif üzvlərin yekdil qərarıyla qəbul olunub.

Eyni zamanda 150 nəfərə xidmət göstərə biləcək mağar dəsti sakinlərin xidmətinə verilib.

Yüksək keyfiyyət və diqqətlə hazırlanan mağar dəsti aztəminatlı ailələrə və şəhid ailələrinə   pulsuz təqdim edilməsi qərara alınıb.

Sədrin sözlərinə görə, bələdiyyənin əsas məqsədi bu gün sakinlərin vergilərə cəlb edilməsidir. “Vergi yığımını artıra bilsək sakinlərin hər bir müraciəti də diqqətdə saxlaya bilərik”-deyə sədr fikirini tamamlayıb.

Belediyye.info

ŞƏRHLƏR