"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Ələmşah Məmmədov: “Elə hallar olub ki, biz ailədaxili problemin həllinə müdaxilə edib nəticə əldə etmişik.”

--2019-04-04 / 06:42

Bələdiyyələrdə vətəndaş qəbulunun səviyyəsi hansı vəziyyətdədir?- sualımızı Lənkəran rayonu Hirkan bələdiyyəsinin sədri Ələmşah Məmmədov cavablandırır:

“Bizim bələdiyyədə har gůn, yəni həftənin 1-5 günləri vətəndaşlar qəbula gələ bilərlər. Bəzən vətəndaşın telefon zəngina cavab olaraq gedib evində va yaxud problem olan məkanda vətəndaşla gŏrüşüb onu dinləyirik. Hərdən elə olur ki, vətəndaşın qaldırdığı məsələnin həlli mümkün olmadıqda, biz rayon rəhbərliyinə bu barədə məruzə edirik. Bütün hallarda calışırıq ki, vətəndaş etdiyi müraciətə görə nəticə əldə etsin. Elə hallar olub ki, biz ailədaxili problemin həllinə müdaxilə edib nəticə əldə etmişik. Düzdür ailədən kiminsə müraciətinə əsasən. Birinci rübdə tərəfimizdan 5 yazılı və 17 şifahi müraciətə cavab verilib.”

Belediyye.info

ŞƏRHLƏR