"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Eldar Əzizova ürək sözüm

--2022-06-28 / 10:36

Bu gün Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov üçün özəl gün olsa da, onun üçün sıradan bir gün hesab olunur. Çünki bu gün işinin başında olmaqla paytaxtın problemlərinin həlliylə məşğuldur. Vətəninə, dövlətinə daim sədaqət hissiylə xidmət edən Eldar Əzizov digər siyasi rəhbər və məmurlardan xarakterinin bəzi cəhətləriylə fərqlənir. Yubiley günündə məhz bu cəhətlərə toxunmaqla bəzi məqamları oxuncularımla bölüşmək istərdim. Nəzərə alaq ki, az müddət ərzində Bakı şəhər İcra Hakimiyyəti strukturunda məhz onun kurasıyasında çalışdığımdan bu məqamlara ürəklə toxuna bilərəm.

Eldar Əzizovu fərqləndirən əsas cəhət özünün siyasi kadr məktəbinin yaratmasıdır. Bu gün onlarca onun siyasi kadr məktəbini uğurla bitirənlər dövlətinə və Vətəninə sədaqətlə xidmət etməkdədirlər. Bu məktəbin yetgin kadrı üçün əsas tələbi siyasi mənada təmiz və şəffaf işləməsi, vətəndaşı dinləmək qabiliyyətinin olması, sakinin qarşılaşdığı problemi vaxtındə həll etmək bacarığına sahiblənməsidir. Bütün bu və digər bacarıqlarının olması nəticə etibariylə məmurun Vətəninə və dövlətinə sədaqətlə xidmət etməsinə sövq edir. Hər zaman məmur kollektivinə işlətdiyi söz isə daha yadda qalandır:

“Elə çalışın və elə işləyin ki, sabah təqadüdə çıxan zaman küçə ilə gedərkən sizə salam verən tapılsın”

Həqiqətən bu cümləni təhlil edəndə düşünürsən ki, kaş ki bütün siyasi rəhbərlər, o cümlədən hazırda həbsdə yatan siyasi rəhbərlər bu barədə düşünmüş olaydılar.  

Düşünürəm ki, bu gün keçmiş komsomol məktəbini keçən, hələ keçmiş sovet dövründə universiteti fərqlənmə diplomuyla bitirən azsaylı icra başçılarından olan Eldar Əzizov Prezidentin ona göstərdiyi etimadı layiqincə doğrultmaqdadır.

Deyərdim ki, siyasi kadr məktəbiylə yanaşı, həm də “Difai” hərəkətına həsr etdiyi monoqrafiya ilə o həmdə elm sahəsində dərin iz buraxmış oldu.

Hər halda fəaliyyəti müddətində müəyyən mənada bələdiyyələrə şərati yaratmasıyla həm də bələdiyyə üzvlərinin də diqqət mərkəzində ola bilib.

Çox qısa şəkildə yazdığım bu təbrikə belə yekun vurmaq istərdim:

-        Uca Allahın bundan sonra ona verdiyi ömrü sağlam yaşamağı, o cümlədən Vətəninə və dövlətinə gələcək illərdə də daha sədaqətlə xidmət etməyi arzu edirəm.

Vüqar Tofiqli

ŞƏRHLƏR