"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Eldar Əzizov dörd qurumun fəaliyyətinə xitam verdi

--2019-01-29 / 09:36

Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov icra hakimiyyəti strukturunu optimallaşdırmaq və idarə edilməsini təkmilləşdirmək məqsədilə   bir sıra sturkturu ləğv edib.

Bu   barədə Belediyye.infoya daxil olan məlumatda bildirilir ki, icra strukturuna aid edilən Xarici əlaqələr və İnvestisiya proqamları Departamenti, Baki Kino xidməti idarəsi, İqtisadiyyat Komitəsi və Bakı şəhər Ekspertiza mərkəzi ləğv edilib.

Qeyd edək ki, İqtisadiyyat Komitəsi və Kino Xidməti İdarəsi hələ keçmiş sovet dövründən bu strukturda saxlanılırdı. Xarici əlaqələr və İnvestiya proqramları Departamenti isə 1997-ci ildə yaradılmışdır.

Eldar Əzizov bir müdddət əvvəl işdən azad etdiyi BŞİH Aparat rəhbəri olmuş vəzifəsindən azad edərək Rasim Quliyevi Xarici əlaqələr və İnvestisiya proqamları Departamentinə sədr təyin etmişdi.

Struktur dəyişkiliyi barədə məlumatı icra hakimiyyətindən də təsdiq ediblər.

Belediyye.info

ŞƏRHLƏR