"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Ədliyyə Nazirliyinin Bələdiyyələrlə İş Mərkəzinə rəis təyinatı gerçəkləşib

--2019-03-05 / 11:55

Ədliyyə naziri Fikrət Məmmədovun müvafiq əmriylə Rəhman Elmaz oğlu Məmmədov Bələdiyyələrlə İş mərkəzinə rəis təyin edilib.

Qeyd edək ki, Rəhman Məmmədov uzun müddət idi ki, Şəki regional ədliyyə idarəsinin rəisi vəzifəsində çalşıb.

Bu gün Ədliyyə nazirinin müavini Vilayət Zahirovun iştirakıyla Rəhman Məmmədov kollektivə təqdim edilib.

Xatırladaq ki, bundan əvvəl Bələdiyyələrlə İş mərkəzinin rəis işləmiş Zahir Əlizadə 2019-cu ilin yanvarın 7 –də dünyasını dəyişmişdi.

Belediyye.info

ŞƏRHLƏR