"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Ədliyyə nazirliyində yeni təyinatlar

--2020-07-20 / 08:03

Ədliyyə nazirliyində yeni təyinatlar gerçəkləşdirilib.

Belediyye.infoya daxil olan məlumata görə, Ədliyyə naziri cənab Fikrət Məmmədovun əmriylə Gəncə regional idarəsinin rəisi Kəmaləddin Həsənov Apelyasiya məhkəməsi üzrə icra şöbəsinə rəis müavini təyin edilib.

Nazirin digər əmriylə Binəqədi icra və probasiya şöbəsinin rəisi İlham Həsənov Bərdə regional ədliyyə idarəsinə rəis müavini, Lənkəran regional ədiyyə idarəsinin rəisi İlkin Nəcəfov Gəncə regional ədliyyə idarəsinin rəisi vəzifəsinə təyinat alıblar.

Lənkəran regional ədliyyə idarəsinin rəisi və Binəqədi icra və probasiya şöbəsinin rəis vəzifəsinə təyinat olmadığı deyilir.

Yeni təyinatlarla bağlı məlumatı Ədliyyə nazirliyinin mətbuat xidmətiylə dəqiqləşdirməyə çalışacağıq.

Belediyye.info

 

ŞƏRHLƏR