"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Ədliyyə naziri Balakən rayonunda vətəndaşları qəbul edib

--2018-11-08 / 19:50

Azərbaycan Prezidenti İlham Əliyevin dövlət qurumları tərəfindən insanlara layiqli xidmət göstərilməsi, vətəndaşların müraciətlərinə qayğı və həssaslıqla yanaşılması barədə tapşırıqlarına uyğun olaraq, Ədliyyə Nazirliyi tərəfindən vətəndaşların bölgələrdə qəbuluna xüsusi diqqət yetirilir.

Ədliyyə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, noyabrın 8-də ədliyyə naziri Fikrət Məmmədov Balakən rayonundakı Mədəniyyət Mərkəzində Balakən, Zaqatala və Qax rayonlarından olan vətəndaşların qəbulunu keçirib.

Qəbuldan əvvəl nazir Fikrət Məmmədov və Balakən Rayon İcra Hakimiyyətinin başçısı İslam Rzayev ulu öndər Heydər Əliyevin abidəsini ziyarət edərək, önünə gül dəstələri qoyub, dahi şəxsiyyətin əziz xatirəsinə dərin ehtiramlarını bildiriblər.

Qəbul zamanı hər bir vətəndaş diqqətlə dinlənilib, müraciətlərdə qaldırılan məsələlərin bir qismi elə yerindəcə həllini tapıb. Digər müraciətlər üzrə nazirliyin qəbulda iştirak edən aidiyyəti məsul işçilərinə müvafiq tapşırıqlar verilib.

Vətəndaşlar bölgə sakinlərinin qəbulu və müraciətlərinə baxılması üçün rahat və əlverişli şəraitin yaradılmasından razılıqlarını ifadə edərək, göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.

Səfər zamanı ədliyyə naziri, həmçinin yerli ədliyyə və məhkəmə orqanlarının fəaliyyəti və iş şəraiti ilə tanış olub, ədliyyə işçiləri ilə müşavirə keçirib.

Nazir yüz illiyi qeyd olunan Azərbaycan ədliyyəsinin tarixindən və müasir fəaliyyətindən bəhs edib, ədliyyə işçisi adını daim uca tutmağı, üzərlərinə düşən vəzifələri hər zaman vicdanla və məsuliyyətlə yerinə yetirməyi vurğulayıb, əlamətdar yubiley münasibətilə təbriklərini çatdırıb.

Müşavirədə dövlətimizin başçısının ədliyyə fəaliyyətinin müasirləşməsi, qabaqcıl texnologiyaların tətbiqi, iş şəraitinin yaxşılaşdırılması, məhkəmə qərarlarının icrası işinin təkmilləşdirilməsi, probasiya xidmətinin səmərəli fəaliyyətinin təşkili ilə bağlı tapşırıqlar verilib, vətəndaş məmnunluğunun təmin olunması, nizam-intizama, etik davranış qaydalarına dönmədən əməl edilməsi vurğulanıb.

https://azertag.az/xeber/1212814

 

ŞƏRHLƏR