"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

E.Yusifov: “Yalnız əhalini maarifləndirməklə büdcə gəlirlərimizi artımışıq”

--2021-06-27 / 13:53

Naftalan şəhər Qaşaltı-Qaraqoyunlu kənd bələdiyyəsinin sədri Emin Yusifovla həmsöhbətik. Gənc, perspektivli bələdiyyə sədri, həm də ikinci Qarabağ müharibəsinin iştirakçısıdır. 2020-ci ilin sentyabr ayından dekabr ayına kimi cəbhə bölgəsinin Tərtər istiqamətində gedən döyüşlərdə iştirak edib. Vətən borcunu verdikdən sonra yenidən öz işinin başına dönüb.

Söhbətimizdə sədr maraqlı məqamlara toxunur:

- Kəndimiz cəbhə bölgəsindən xeyli aralı məsafədə olsa da, mənfur ermənilər bu kəndi  daim top atəşinə tutmaqla ciddi ziyan vurmuşlar. Və kədərli məqam ondadır ki, məhz erməni mənfurlarının atdığı mərmi bir ailənin beş nəfər üzvünün ölümünə səbəb oldu. Döyüşlərdə iştirak edən daha bir nəfər isə kənd sakinimiz isə şəhid ölub.

Gənc sədr fəxr və qürur hissiylə Vətən müharibəsindəki qələbədən, kənd sakinlərinin əzmkarlığından və bir nəfər kimi ölkə başçısnın atdığı addımları müdafiə etdiklərini dilə gətirməyi də unutmadı.

- Qeyd edilməlidir ki, Qaşaltı Qaraqoyunlu kəndi 2010-cu il 31 may tarixindək Gorandoy rayonunun inziabti ərazisinə daxil olub. Həmin vaxtdan sonra isə Prezident sərəncamıyla Naftalan şəhərinin tərkibinə verilib. Adıçəkilən sərəncamda qeyd edilirdi ki, “Goranboy rayonunun Qaşaltı Qaraqoyunlu kənd inzibati ərazi dairəsi əhatə etdiyi ərazi vahidləri (ərazisi müvafiq olaraq 1321,1 ha və 882,7 ha təşkil edən Qaşaltı Qaraqoyunlu və Qasımbəyli kəndləri) ilə birlikdə Naftalan şəhər inzibati ərazi vahidinin tərkibinə daxil edilsin.”

Sədr sözlərinə görə, bu gün bələdiyyə ərazisində iki kənd-Qasımbəyli və Qaşaltı Qaraqoyunlu kəndləri daxildir. Üst-üstə bələdiyyə ərazisində 489 təsərrüfat var ki, onunda böyük əksəriyyətinin sənədi və ya dövlət aktı var. Bu gün 2204 hektar ərazisi olan bələdiyyə Tap Qaraqoyunlu, Safıkürd, Hacallı, Haftalan, Qızılhacılı, Yeni yol, Qərvənd bələdiyyələri ilə qonşudur:

-Büdcə gəlirlərimiz sərt pandemiya dövründə beş dəfəyədək artıra bilmişik. Əvvəllər bələdiyyə il ərzində cəmi iki min manata yaxın maliyyə vəsiti toplaya bilirdisə, ötən il bu rəqəm 10 min manatı  keçib. Cari ildə isə yenə büdcə gəlirlərimizi artırmaq niyyətindəyik.

Kəndin əsas probleminin su ilə bağlı olduğunu dilə gətirən sədr bunun üçün bələdiyyə konkret bir layhəni yekunlaşdırıb. 100 metrlik məsafədə 200 mm boru ilə Qaşaltı kəhrizi yaxınlığında olan artezian quyusundan çıxan suyun dağılmaması üçün onun kəhriz istiqamətinə çəkərək sakinlərin istifadəsinə verilmişdir. Qaşaltı kəhrizinin suyu kəndimizi tam təmin etmir. Bu istiqamətdə dövlət tərəfindən ciddi layihələrin icrasına ehtiyac vardır.

Bələdiyyənin büdcə gəlirlərinin artmasına əsas səbəb isə bələdiyyə üzvlərinin və qulluçularının əhali arasında maarifləndirmə işlərinin aparılmasına üstünlük verməsi olub. Bununla yanaşı ucot-qeydiyyat işinin düzgün qurulması və əhaliyə maliyyə borcları barədə dəqiq məlumatın verilməsi nəticəsində bələdiyyə büdcə gəlirlərini artırır.

Bələdiyyənin özünəməxsus inzibati binasının olması bu quruma nüfuz gətirən amil olsa da, əsasən sədrin, üzvlərin və qulluçuların bələdiyyənin inkişafı üçün atdığı addımların qanuna və məntiqə söykənməsi bələdiyyənin kənddə inkişafına səbəb olur.

Sədrlə birlikdə Qaşaltı kəhrizinə baxdıq, görülən işlərlə yaxından tanış olduq. Gur suyu, gözəl mənzərəsi olan ərazi həm də Qaş təpəsinə də ayrı bir gözəllik verir. Ümid edirik ki, gənc sədr bələdiyyə və seçiciləri qarşısında götürdüyü öhdəlikləri layiqincə yerinə yetirməklə bu gözəlliyə ayrı bir rəng qatacaqdır.

https://www.youtube.com/watch?v=xrihB-t0dUo&feature=youtu.be

Belediyye.info 

 

 

 

 

ŞƏRHLƏR