"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

E.Nərimanov: “Əsas məqsədimiz seçicilərimizə verdiyimiz sözə layiqincə əməl etməkdir”

--2020-05-16 / 08:04

Biləsuvar rayonu Əliabad bələdiyyəsinin sədri Elşad Nərimanovun Belediyye.infoya açıqlamasında bildirib ki, fəaliyyətə başladığı gündən kəndin problemlərinin həlli istiqamətində ciddi layihələrin icrasına başlayıb.

İlk olaraq təşəbbüslə çıxış edərək kəndin çirkab sularının axıdıldığı kanalın təmizlənməsini həyata keçirlib. Sakinlərin də bu işə ciddi yanaşdığını bu layihənin icrasına dəstək verdiklərini qeyd edən sədr kanalın kəndin mərkəzi hissəsindən keçən hissəsinin tam mişar daşı ilə hörüldüyünü və bununla çirkab sularının kəndə yayılmasının qarşısı alındığını qeyd etmişdir.

Sədrin sözlərinə görə, əsas məqsədimiz seçicilərimizə verdiyimiz sözə layiqincə əməl etməkdir, bundan başqa bələdiyyə cari ili ərzində daha bir sıra ciddi layihələri icra etmək niyyətindədir.

Qeyd edək ki, Əliabad kəndi Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovun kəndidir.

Belediyye.info

ŞƏRHLƏR