"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

E.Əliyeva: “Bələdiyyə sədrləri işlərinə məsuliyyətnən və ciddi yanaşsalar borcları da yığılmaz”

--2021-09-13 / 16:39

Bu günlərdə bələdiyyələrin, xüsusəndə üç bələdiyyənin Biləcəri, Xocasən və Əhmədli bələdiyyəsinin birlikdə bir milyon manatdan artlq DSMF-yə və digər qurumlara olan borcdan və bu borcun silinməsiylə bağlı müəllif yazısında səsləndirilən fikirlərə (http://belediyye.info/new/details/bileceri-ve-xocasen-belediyyesi-bir-milyon-manatliq-borcu-nece-baglayacaq-ciddi--6582.htm) münasibət bildirən Qaradağ rayonu Sahil bələdiyyəsinin sədri Elmira Əliyeva Belediyye.infoya açıqlamasında bidlirib ki, 2019-cu ildə Sahil bələdiyyəsinin üzvü olarkən əhalidən 124 min manat torpaq və əmlak vergisi yıgmağa nail olmuşduq. Ötən illərdən yığılıb qalan DSMF-yə və digər orqanlara olan vergi borcu ödənilmişdi. Buna baxmayaraq 20.000 manat borcla sabiq sədrdən bələdiyyənin təhvil aldım. 2016-ci ildən 7.500 manat assosiyaya olan borcu artıq ödəyirik.

Bu gün isə Sahil bələdiyyəsinin DSMF -yə borcu yoxdur. Assosiasiayaya isə 7500 dən 3500 borcumuz qalıb. Onu da tez bir zamanda ödəyəcəyik.

Bələdiyyələrə tövsiyyəm odur ki əhalinin arasında olsunlar, maarifləndirmə işləri aparsınlar. Bələdiyyə sədrləri bir qədər əziyyətə qatlaşıb, vergilərin yığımına diqqəti artırsalar, habelə işlərinə məsuliyyətnən və ciddi yanaşsalar borcları da yığılmaz.

Əsas əhalinin arasında olmaqdır. Bunun üçün məhəllə komitələrinin fəaliyyəti bərpa etməklə, ağsaqqalların nüfuzundan istifadə edilməlidir. Könülləri cəlb etsinlər. Bunlar hamisinı biz təcrübədən keçirmişik və daimi davam etdiririk.

Belediyye.info

ŞƏRHLƏR