"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Düyərli bələdiyyəsi Koronavirusla Mübarizəyə Dəstək Fonduna maliyyə vəsaiti köçürüb

--2020-04-08 / 18:14

Şəmkir rayonu Düyərli bələdiyyəsinin sədri  Samir İsgəndərovun  təşəbbüsü ilə bələdiyyənin iclasında Koronavirusla Mübarizəyə Dəstək Fonduna 300 manat həcmində ianə edilməsi qərara alınıb. Bununla bağlı məlumatı Belediyye.infoya özü verib.

Sədrin sözlərinə görə, bələdiyyə bu nəcib təşəbbüsə qoşularaq fonda keçirməyi qərara aldı.

Qeyd edək ki, Azərbaycan Prezidentinin 19 mart 2020-ci il tarixli “Azərbaycan Respublikasında əhalinin sağlamlığının qorunması və koronavirus infeksiyasına qarşı mübarizənin gücləndirilməsi ilə bağlı tədbirlər haqqında” Fərmanına əsasən, Koronavirusla Mübarizəyə Dəstək Fondu yaradılıb.

Belediyye.info

 
ŞƏRHLƏR