"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Daha üç bələdiyyə onlayn ödəniş sisteminə qoşulub

--2018-01-14 / 08:00

Belediyye.infoya daxil olan məlumata görə, Xəzər rayonu Mərdəkan  bələdiyyəsi  və Binəqədi rayon M.Ə.Rəsulzadə və Xocasən bələdiyyələri bu günlərdə “MilliÖN” stasionar ödəniş sisteminə qoşulub.

Məqsəd vergi ödəyicilərinin rahatlığını təmin etməklə, yerli büdcə daxilolmalarının həcmini artırmaqdır.

Hazırda  “Easypay” və “MilliÖN” stasionar ödəniş sisteminə Bakının  Nəsimi,  Nizami, Səbail (Səbail və Badamdar),  Binəqədi (Binəqədi rayon, Biləcəri, Binəqədi qəsəbə), Qaradağ (Lökbatan, Ələt, Körgoz, Qobustan, Müşfiqabad, Sahil,)  Yevlax,  Gəncə (Nizami və Kəpəz) bələdiyyələri,  E-manat sisteminə isə Nəsimi bələdiyyəsinin təşəbbüsü və təşkilatçılığı ilə daha   on  bələdiyyə-Bakıxanov, Sabunçu, Yasamal,  Xırdalan,  Zabrat, Ramanı,  Nizami, Pirşağı, Balaxanı  və Bilgəh bələdiyyəsi   qoşulub.

 Beləliklə, 20  bələdiyyə “Easypay”  və MilliÖN”-ə, 11 bələdiyyə isə E-manat sisteminə qoşulub.

 Belediyye.info

ŞƏRHLƏR