"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Daha bir küçə Polad Həşimovun adına veriləcək- BƏLƏDİYYƏ QƏRAR VERİB

--2020-10-03 / 06:03

Türkiyənin Elazıg vilayətinin Keban şəhərində küçələrdən birinə Azərbaycan Ordusunun şəhid generalı Polad Həşimovun adı veriləcək.
Modern.az  xəbər verir ki, bu barədə “Haberturk” məlumat yayıb.

Bildirilib ki, Kebanın bələdiyyə sədri Fəthiyə Atlının rəhbərliyi ilə keçirilən iclasla bununla bağlı qərar qəbul edilib.
“Axıtdıqları qan və fəda etdikləri canları ilə torpağı vətən edən şəhidlərimizi, bütün qəhrəmanlarımızı hörmət və minnətdarlıqla yad edirik. Yerləri cənnət olsun”, - deyə bələdiyyənin təsdiq etdiyi sənəddə vurğulanıb.

https://modern.az/az/news/258376

ŞƏRHLƏR