"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Daha bir bələdiyyə sədri təltif edilib

--2021-01-30 / 10:58

Gəncə şəhəri Kəpəz bələdiyyəsinin sədri Yaşar Abdullayev Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə çağırış üzrə Dövlət Xidmətinin “Fəxri Fərmanı” ilə təltif edilib.

Dövlət Xidmətnin rəisi, general-leytenant Arzu Rəhimovun imzaladığı “Fəxri Fərman” bələdiyyə sədri Yaşar Abdullayevə “Azərbaycan Respublikasında qismən səfərbərlik elan edilməsi haqqında Azərbaycan Prezidentinin müvafiq sərəncamından irəli gələn vəzifələrin icrasında, eyni zamanda Vətən müharibəsi dövründə qələbənin əldə edilməsi naminə hərbi hissələrin hərbi vəzifəlilərlə və hərbi nəqliyyat vasitələriylə komplektkləşdirilməsi işinin təşkilində yüksək əzmkarlıqla Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə çağırış üzrə Dövlət Xidmətinin əməkdaşlarına köməklik göstərdiyinə və arxa cəbhədə fəalığı ilə fərqləndiyinə görə təltif edilib.

Qeyd edək ki, Yaşar Abdullayev 29.01.2015-ci il tarixdən Kəpəz bələdiyyəsinin sədri vəzifəsinə seçilib və rəhbərliyi dövründə bir sıra layihələrə imza atıb.

Əlavə edək ki, hazırda Kəpəz bələdiyyəsi ölkə bələdiyyələri arasında qabaqcıl bələdiyyələr sırasındadır. 

Belediyye.info

ŞƏRHLƏR