"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Daha bir bələdiyyə sədri təltif edilib

--2018-03-09 / 20:16

Qaradağ rayon Lökbatan Bələdiyyəsinin sədri Namizəd İsmayılov Qaradağ Rayon Gənclər və İdman idarəsi tərəfindən "Bədən tərbiyəsi və idman günü" münasibətiylə, Qaradağ rayonunda bədən tərbiyəsi və idmanın inkişafında göstərdiyi xidmətlərə görə Fəxri fərmanla təltif edilib. Bu barədə məlumatı Lökbatan bələdiyyəsi yayıb.

Qeyd edək ki, 23 dekabr 2014-cü ildə keçirilən bələdiyyə seçkilərində namizədliyini verərək Lökbatan bələdiyyəsinin üzvü seçilib. 31 yanvar 2015-ci ildən Lökbatan bələdiyyəsinin ilk iclasında bələdiyyənin sədri seçilib. 

2015-ci ildən N.İsmayılovun rəhbərliyi ilə Lökbatan bələdiyyəsi bir sıra ciddi layihələrə imza atıb.

Belediyye.info

ŞƏRHLƏR