"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Daha bir bələdiyyə "Evdə qal, həyatları xilas et!" çağırışına qoşulub

--2020-03-29 / 15:47

 

Ümumdünya Səhiyyə Təşkilatı koronavirus təhlükəsi ilə əlaqədar "Evdə qal, həyatları xilas et!" çağırışı ilə 65 yaşlı insanlara qayğı və diqqətin göstərilməsi təşəbbüsünə qoşulan Xəzər rayonu Zirə bələdiyyəsi də yaxından iştirak etməklə dəstək verib. Bu barədə Xəzər rayonu Zirə bələdiyyəsinin sədri Anar Hüseynli məlumat verib.

Zirə bələdiyyəsi tərəfindən qəsəbə ərazisində 65 yaşdan yuxarı insanların siyahısı tərtib edilərək, hər bir sakinə ərzaq bağlamaları təqdim edilib.

Onların hər birinə görüşdə bir daha dövlət tərəfindən atılan addımlar izah edilmiş və evdə qalmaları evdən çıxmamaları xahiş edilmişdir.

Belediyye.info

ŞƏRHLƏR