"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Cərimə edilə bilərsiniz: AZƏRBAYCAN BƏLƏDİYYƏ İŞÇİLƏRİ HƏMKARLAR İTTİFAQI XƏBƏRDARLIQ EDİ

--2019-02-21 / 05:23

Azərbaycan Bələdiyyə İşçiləri Həmkarlar İttifaqının sədri Məhərrəm Xəlilov Belediyye.infoya açıqlamasında bildirib ki, bələdiyyələr yerlərdə formalaşdırılan həmkarlar təşkilatının fəaliyyətinıə diqqət göstərməklə yanaşı, qanunvericilik qaydasında üzvlük haqqlarının ödənişinə də fikir verməlidirlər.
Sədrin sözlərinə görə, həmkarlar ittifaqı üzvlərinin əmək, sosial, iqtisadi hüquqlarının və qanuni mənafelərinin müdafiəsini təmin etmək üçün “Həmkarlar ittifaqları haqqında” qanuna, Əmək Məcəlləsinə, İnzibati Xətalar Məcəlləsinə bir sıra önəmli əlavə və dəyişikliklər edilib.

Belə ki, 2012-ci il iyunun 29-da Milli Məclisin Plenar iclasında “Həmkarlar ittifaqları haqqında” qanunun 20-ci maddəsinə edilmiş əlavədə deyilir: “Mülkiyyət formasından asılı olmayaraq işəgötürən işçilərin əmək haqlarından həmkarlar ittifaqına üzvülük haqlarının mühasibatlıq vasitəsilə tutulmasını təmin edir və 4 iş günü müddətində həmin idarə, müəssisə və təşkilatın həmkarlar ittifaqı təşkilatının xüsusi hesabına köçürür”.

Bundan başqa Əmək Məcəlləsinin “Əmək haqqından tutulmalara yol verilən hallar və bunun icrası qaydası” adlı 175-ci maddəsinə yeni bənd əlavə edilib.

Əlavə olunan g) bəndi işəgötürənin sərəncamı ilə həmkar ittifaqı üzvü olan işçinin əmək haqqından üzvlük haqqının tutulmasına imkan verir.

“Üzvlük haqqları ödənmədikdə sizin rəhbərlik etdiyiniz təşkilat hansı sanksiya tətbiq edə bilər”-sualına sədr M.Xəlilov bildirib ki, İnzibati Xətalar Məcəlləsinin 196-cı maddəsinə də dəyişiklik edilmiş və cərimələrin miqdarı artırııb. Mülkiyyət formasından asılı olmayaraq işəgötürən tərəfindən həmkarlar ittifaqı üzvü olan işçilərin əməkhaqlarından mühasibatlıq vasitəsilə həmkarlar ittifaqına üzvlük haqlarının tutulmasının təmin edilməməsinə və 4 iş günü müddətində həmin idarə, müəssisə və təşkilatın həmkarlar ittifaqı təşkilatının xüsusi hesabına köçürməməsinə görə vəzifəli şəxslər min manatdan min beş yüz manatadək miqdarında cərimə edilirlər.

Belediyye.info

ŞƏRHLƏR