"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Cari ildə Şuşa rayonunda 120 yeni iş yeri açılıb

--2022-11-21 / 13:50

“2022-ci ilin yanvar-sentyabr aylarında rayonda 120 vahid yeni iş yeri açılmışdır”- bu barədə məlumatı Şuşa Rayon Statistika İdarəsindən bidiriblər. Onların hamısı daimi yeni iş yeri olmuşdur. Açılan yeni iş yerlərindən 65-i mövcud müəssisə və təşkilatlarda, 55-i isə yeni yaradılmış hüquqi şəxslərin payına düşür. Açılmış yeni iş yerləri iqtisadi fəaliyyət növünə görə aşağıdakı kimi olmuşdur: Elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürməsi və təchizatı üzrə 11, tikinti üzrə 4, yaşayışın təşkili və ictimai iaşə üzrə 6, inzibati və yardımçı xidmətlərin göstərilməsi üzrə 37, təhsil üzrə 60, digər sahələrdə xidmətlərin göstərilməsi üzrə 2 yeni iş yeri olmuşdur. Keçən ilin müvafiq dövrü ilə müqayisədə bu il 98 yeni iş yeri çox olmuşdur.

 Belediyye.info

ŞƏRHLƏR