"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Çalışırıq ki, hər kəs onları tanısın...

--2022-11-28 / 18:07

Xəzər rayonu  Mərdəkan qəsəbəsinin Kolxoz küçəsində yerləşən “Şəhidlər parkı”nda ötən il yenidənqurma, təmir-abadlıq işləri həyata keçiriləndən sonra, şəhidlərin xatirəsinin əbədiləşdirilməsi məqsədilə, bələdiyyə tərəfindən “Bulaq” kompleksi tikilib.

Xatırlatmaq yerinə düşər ki, “Şəhidlər parkı” 1918-ci ildə erməni-bolşevik təcavüzü zamanı şəhid olmuş 6 qəsəbə sakinin xatirəsinə ithaf olunaraq, 2006-cı ildə bələdiyyə tərəfindən salınmışdır. Hər il burada “Soyqurum Günü” ilə əlaqədar tədbir keçirilir. Bir sözlə, park yenidənqurmadan sonra görkəmini daha da gözəlləşdirmişdir.

“Şəhidlər parkı” XI əsrə aid olan tarixi-memarlıq abidəsi, Dörkünc qalanın yolunun üstündə olduğundan, ərazidə yaşayan şəhid ailələri kənd camaatı, qəsəbəyə gələn qonaqlar, hətta xarici turistlər belə bura ziyarətə gəlirlər.

Qeyd edirik ki, şəhid ailələri dəfələrlə müraciət etmişlər ki, qəsəbə şəhidlərinin birlikdə adları bir lövhədə əks olunsun. Bildirmişlər ki, bu bizim istəyimizdir.

Bu məqsədlə 1-ci və 2-ci Qarabağ müharibəsi zamanı qəsəbənin 28 şəhidinin adlarının qara mərmər lövhədə əks etdirilməsi məqsədilə komissiya üzvləri və mütəxəssis tərəfindən parka baxış keçirildi və bir guşə seçildi.

Çalışırıq ki, hər kəs onları tanısın, hər zaman onların xatirəsini əziz tutsunlar və yad etsinlər. Bu bizim ən böyük insani borcumuz olar.

Biz, həmçinin onların şəkilləri əks olunan “Xatirə lövhələri”ni yaşamış olduqları evin qarşısına yerləşdirmişik.

28 Qarabağ müharibəsi şəhidlərinin də adlarını biz, ümumi bir qara mərmər lövhədə əbidiləşdirdik.

Qeyd edək ki, “Şəhidlər parkı”nda yeni tinglər və gül-çiçək əkildi. Parkın ərazisinə hər zaman nəzarət olunur, ağaclar vaxtlı-vaxtında suvarılır, aqrotexniki qulluq göstərilir, bir sözlə, parkın ərazisinin səliqə-səhmanı yerli-yerində olur.

Gənc nəsillər üçün örnək olan şəhidlik zirvəsinə yüksələn qəhrəman oğullarımızın xatirəsinin əbədiləşdirilməsi, onların ruhuna olan ehtiramın təzahürüdür.

 Mərdəkan bələdiyyəsi 

 

ŞƏRHLƏR