"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

“Çalışacağıq ki, seçkidə fəal gənclər namizəd olsun”

--2019-02-05 / 08:26

"Gənclər bizim bütün kampaniyalarımızda, o cümlədən seçki kampaniyalarımızın keçirilməsində çox yaxından iştirak  edirlər. Seçki kampaniyasının bütün mərhələlərində gənclər öz töhfələrini verirlər. Bu baxımdan gənclər həmişə bizim diqqət mərkəzimizdə olub".

"Qafqazinfo" xəbər verir ki, bunu YAP-ın sədr müavini-icra katibi, baş nazirin müavini Əli Əhmədov jurnalistlərə açıqlamasında deyib.

 

O qeyd edib ki, YAP öz imkanları çərçivəsində gənclərə şərait yaradır ki, fəallıqlarını nümayiş etdirsinlər: "2019-cu ilin dekabrında növbəti bələdiyyə seçkiləri keçiriləcək. Biz çalışacağıq ki, fəal gənclərimiz seçkidə namizədlər qismində iştirak etsinlər və özlərini sınasınlar. Ölkənin ictimai- siyasi həyatında daha yaxından iştirak etmək imkanları əldə etsinlər".

Günel Türksoy

http://qafqazinfo.az/news/detail/calisacagiq-ki-seckide-feal-gencler-namized-olsun-242936

ŞƏRHLƏR