"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Buzovna qəsəbəsində sakinlər arasında maarifləndirmə işləri aparılıb

--2020-03-30 / 19:26

Xəzər rayonu Buzovna qəsəbə sakinlər arasında koronovirusla mübarizə ilə bağlı maarifləndirici görüşlər davam etdirilir.

Bu gün Xəzər RİH-in və Buzovna bələdiyyəsinin əməkdaşlarının iştirakıyla əhali arasında maarifləndirmə işləri davam etdirilmişdir. Bununla bağlı məlumat adıçəkilən bələdiyyədən daxil olub.

Belə ki, hər sakinə xüsusi rejimli karantinlə bağlı izahat işləri aparılmış, evdə olmalarınən səbəbi izah edilımişdir. Habelə vətəndaşlarla görüş zamanı koronavirus infeksiyasının yayılmasına qarşı mübarizə məqsədilə həyata keçirilən qabaqlayıcı tədbirlər haqqında məlumat verilib, əhalinin sağlamlığının qorunması üçün bu tədbirlərin əhəmiyyəti və karantin rejiminin tələblərinə ciddi riayət edilməsinin zəruriliyi vurğulanıb.

Sonda hər bir sakinə Xəzər RİH-lə təşəbbüsü ilə hazırlanan maarifləndirici bukletlər paylanılmışdır.

https://www.youtube.com/watch?v=9djVM1s0yOI&feature=youtu.be

Belediyye.info

ŞƏRHLƏR