"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Buzovna qəsəbəsində 65 yaşdan yuxarı insanlara ərzaq bağlamalarıın paylanılması davam edir

--2020-03-28 / 14:18

Xəbər verildiyi kimi, Ümumdünya Səhiyyə Təşkilatı koronavirus təhlükəsi ilə əlaqədar "Evdə qal, həyatları xilas et!" çağırışı ilə 65 yaşlı insanlara qayğı və diqqətin göstərilməsi təşəbbüsünə qoşulan “Retro Holdinq”in rəhbərliyinin bu addımına Xəzər rayonu Buzovna bələdiyyəsi də yaxından iştirak etməklə dəstək verib. Dunəndən etibarən başlanılan aksiya bu gündə davam edib.

Buzovna bələdiyyəsi tərəfindən hazırlanan siyahıya uyğun olaraq qəsəbənin R.Axundov, A. Xələfov, A. Sultanova, M.Sübhi , S.Əfəndiyev və M.Musayev küçəsində yaşayan 65 yaşdan yuxarı insanların hər birinə bələdiyyənin sədri Mətləb Əliyevin və bələdiyyə qulluqçularının iştirakıyla “Retro Holdinq” tərəfindən hazırlanan ərzaq bağlamaları təqdim edilmişdir. Belediyye.infoya daxil olan məlumata görə, bu aksiyada şəhid ailələri, Qarabag mühabirəsinin veteranları da unudulmamışdır

Həmçinin onların hər birinə görüşdə bir daha dövlət tərəfindən atılan addımlar izah edilmiş və qeyd edilmişdir ki, evdə qalaraq təkcə öz həyatımızı təhlükədən uzaqlaşdırmış olmuruq, həm də sevdiklərimizi qorumuş oluruq. Sadəcə gündəlik etməli olduğumuz məsələlərə daha diqqətli yanaşaq və məcbur qalmadıqca evdən çıxmayaq.

Kənd sakinləri “Retro Holdinq”in rəhbərliyinə təşəkkürünu bildirməklə, Azərbaycan Prezidenti İlham Əliyevin koronovirusla mübarizə də atdığı addımları yüksək dəyər verdiklərini bildiriblər.

Belediyye.info

ŞƏRHLƏR