"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Buzovna qəsəbəsində 65 yaşdan yuxarı insanlara ərzaq bağlamaları təqdim edilib

--2020-03-27 / 10:35

Ümumdünya Səhiyyə Təşkilatı koronavirus təhlükəsi ilə əlaqədar "Evdə qal, həyatları xilas et!" çağırışı ilə 65 yaşlı insanlara qayğı və diqqətin göstərilməsi təşəbbüsünə qoşulan “Retro Holdinq”in rəhbərliyinin bu addımına Xəzər rayonu Buzovna bələdiyyəsi də yaxından iştirak etməklə dəstək verib. Bu barədə məlumat Xəzər rayonu Buzovna bələdiyyəsindən daxil olub.

Buzovna bələdiyyəsi tərəfindən 65 yaşdan yuxarı insanların siyahısı tərtib edilərək, hər bir sakinə bələdiyyənin sədri Mətləb Əliyevin və bələdiyyə qulluqçularının iştirakıyla ərzaq bağlamaları təqdim edilmişdir.

Onların hər birinə görüşdə bir daha dövlət tərəfindən atılan addımlar izah edilmiş və qeyd edilmişdir ki, evdə qalaraq təkcə öz həyatımızı təhlükədən uzaqlaşdırmış olmuruq, həm də sevdiklərimizi qorumuş oluruq. Sadəcə gündəlik etməli olduğumuz məsələlərə daha diqqətli yanaşaq və məcbur qalmadıqca evdən çıxmayaq.

Belediyye.info

 

ŞƏRHLƏR