"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Buzovna qəsəbə sakinlərinə ərzaq bağlamaları təqdim edilib

--2020-04-05 / 13:08

Xəbər verildiyi kimi, Ümumdünya Səhiyyə Təşkilatı koronavirus təhlükəsi ilə əlaqədar "Evdə qal, həyatları xilas et!" çağırışı ilə 65 yaşlı insanlara qayğı və diqqətin göstərilməsi təşəbbüsünə qoşulan “Retro Holdinq”in rəhbərliyinin bu addımına Xəzər rayonu Buzovna bələdiyyəsi də yaxından iştirak etməklə dəstək verib. Aksiya bu gündə davam edib.

Buzovna bələdiyyəsi tərəfindən hazırlanan siyahıya uyğun olaraq qəsəbənin 270 aztəminatlı, 65 yaşdan yuxarı insanların hər birinə bələdiyyənin sədri Mətləb Əliyevin və bələdiyyə qulluqçularının iştirakıyla “Retro Holdinq” tərəfindən hazırlanan ərzaq bağlamaları təqdim edilmişdir.

Həmçinin onların hər birinə görüşdə bir daha dövlət tərəfindən atılan addımlar izah edilmiş və qeyd edilmişdir ki, evdə qalaraq təkcə öz həyatımızı təhlükədən uzaqlaşdırmış olmuruq, həm də sevdiklərimizi qorumuş oluruq. Sadəcə gündəlik etməli olduğumuz məsələlərə daha diqqətli yanaşaq və məcbur qalmadıqca evdən çıxmayaq.

Qəsəbə sakinləri “Retro Holdinq”in rəhbərliyinə təşəkkürünu bildirməklə, Azərbaycan Prezidenti İlham Əliyevin koronovirusla mübarizə də atdığı addımları yüksək dəyər verdiklərini bildiriblər.

Buzovna bələdiyyəsi Koronavirusla mübarizə dövründə "Retro Holdinq"in atdığı bu nəcib addıma qəsəbə ərazisində fəaliyyət göstərən müəssisələri də qoşulmaga dəvət edir.      

Belediyye.info

ŞƏRHLƏR