"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Buzovna bələdiyyəsinin sədri də bir aylıq əməkhaqqının məbləğini Koronavirusla Mübarizəyə Dəstək Fonduna ianə edib

--2020-03-22 / 10:47

Xəzər rayonu Buzovna bələdiyyəsinin sədri Mətləb Əliyev bir aylıq əməkhaqqının məbləğini Koronavirusla Mübarizəyə Dəstək Fonduna ianə edib.

Bununla bağlı məlumatı Belediyye.infoya özü verib.

Sədrin sözlərinə görə, bələdiyyə qulluqçuları və vergi müfəttişləri də bu nəcib təşəbbüsə qoşularaq aylıq əmək haqqlarının 30 faizini bu fonda keçirməyi qərara alıblar.

Qeyd edək ki, Azərbaycan Prezidentinin 19 mart 2020-ci il tarixli “Azərbaycan Respublikasında əhalinin sağlamlığının qorunması və koronavirus infeksiyasına qarşı mübarizənin gücləndirilməsi ilə bağlı tədbirlər haqqında” Fərmanına əsasən, Koronavirusla Mübarizəyə Dəstək Fondu yaradılıb.

Belediyye.info

ŞƏRHLƏR